Mübariz Mənsimovdan ŞOK qərar: "Xəzər Lənkəran" iddiasın itirir?

20.02.2014 | 9330 dəfə oxunub

 “Xəzər Lənkəran”ın uğursuz nəticələrindən sonra klubun sahibi – fəxri prezident Mübariz Mənsimov bir neçə dəfə komandanın fəaliyyətinə son qoyacağını bildirib. Aldığımız məlumata görə, Mənsimov bu dəfə konkret fəaliyyətə başlayıb. Mənsimovun sahibi olduğu Palmali şirkətinin  İstanbul ofisinə yaxın mənbənin verdiyi məlumata inansaq, ən uzağı il yarımdan sonra Mübariz bəy “Xəzər Lənkəran”a ayırdığı vəsaiti azaldacaq.

Mənsimov əslində Azərbaycanda klub yaratmaq istədiyi zaman bunu doğulduğu Masallıda etmək istəyirdi. Ancaq rayonun o vaxtkı icra hakimiylə sözləri düz gəlmədiyindən, iş adamı Lənkəranı seçib. İndi isə Mənsimovun icra başçısı isə yaxşı münasibətləri var. Bu səbəbdən də onun doğma rayonda stadion tikdirməsi, klub yaratması, abadlıq işləri görməsinə heç bir problem yaradılmayacaq. Elə buna görədir ki, hazırda istismara yararsız  Anatoli Banişevski adına Masallı şəhər stadionu sökülür. Onun yerində isə müasir tələblərə cavab verən idman kompleksi inşa ediləcək ki, burada stadionda olacaq. Bununla yanaşı “Viləş” klubunun fəaliyyəti də bərpa ediləcək. “Viləş”i Premyer Liqada iddialı edəcək vəziyyətə gətirmək istəyən Mənsimov məhz bundan sonra “Xəzər Lənkəran”a ayıracağı vəsaiti azaldacaq. Amma Masallıda böyük stadion tikilməsi nəzərdə tutulmur. “Viləş” iddialı duruma gəldikdən sonra da vacib “ev” oyunlarını Lənkərandakı əsas stadionda oynayacaq. Mənbənin sözlərinə görə, Mübariz bəy yeni klubunda tam avropa strukturu yaratmaq niyyətindədir. Komandanı avropa səhnəsinə çıxartmaq üçün hətta büdcənin 30 milyon dollar olacağı da bildirilir.

Bunlardan belə nəticə çıxartmaq olur ki, “Viləş” iddialı vəziyyətə gələndən sonra “böyük qardaş” işini öz üzərinə götürəcək. Bundan sonra isə “Xəzər Lənkəran” “kiçik” qardaş olacaq. “İnter”lə “Simurq”da olduğu kimi.

Klubun vitse-prezidenti Tuyqun Nadirov isə  bildirib ki, yeni arenanın, yəni Masallıda görülən işlərin “Xəzər Lənkəran”la heç bir bağlığı olmayacaq: “Bu, “Palmali” Şirkətlər Qrupunun ölkəmizdə idmanın inkişafına verəcəyi növbəti töhfədir. Ola bilər ki, nə vaxtsa ev oyunumuzu orada keçirək. Ancaq stadionun “Xəzər Lənkəran”a heç bir aidiyyatı olmayacaq. Orada yalnız stadionun deyil, müasir idman kompleksinin inşası nəzərdə tutulub. Gələcəkdə “Viləş” klubun fəaliyyətini bərpa etməsi də istisna deyil. Lakin bu, artıq onların öz işləridir”.

Nadirov sadəcə yaranan situasiyada vəziyyətdən çıxmaq üçün belə danışır. Çünki hamıya “Xəzər Lənkəran”ın da “Palmali” Şirkətlər Qrupuna məxsus olması məlumdur. Yəni bu komandaya “Palmali” Şirkətlər Qrupu pul ayırır. Hər iki klub bir şəxsə məxsusdursa o zaman ətlə dırnağı bir-birindən ayırmaq mümkünsüzdür.

P.S. Mənbənin sözlərinə görə, Mübariz Mənsimovun belə qərara gəlməsində lənkəranlı azarkeşlərdən narazı qalmasının da böyük rolu var.

P.P.S. Məsələylə bağlı “Xəzər Lənkəran”ın da mövqeyini saytda yerləşdirə bilərik.



  #1   Adınız: Messi;   E-mail: [email protected]

21.02.2014 14:16

Mentiqsiz bir yazidir.Koku olmayan bir yazi,

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail