Marat İzmayılov: "5 ay oynamamışam, düz-əməlli məşq etməmişəm"

05.02.2014 | 5593 dəfə oxunub

“Qəbələ”ənin yeni transferi Marat İzmayılov Rusiya mətbuatına müsahibə verib. Stadium.az həmin müsahibədən maraqlı məqamları diqqətinizə çatdırır: "Bura özüm üçün oynamağa yox, komandaya kömək etməyə gəlmişəm. Yeni komandamla Azərbaycan çempionu titulunu və kuboku qazanmaq niyyətindəyəm. Mən çox ciddi köklənmişəm. “Qəbələ” ilə bir neçə məşq etmişəm.  Hələlik fiziki cəhətdən çətinlik çəkirəm. Lakin üzərimdə çalışıram və mümkün qədər tez formamı bərpa edəcəyimi düşünürəm. Hələ çox işləməliyəm. Bir gün axşam Yuri Syomin mənə zəng etdi. Onun təklifinə düşünmədən razılıq verdim və artıq ertəsi günün səhəri Bakıya uçdum. Oyunlar, məşqlər, futbol üçün darışmışam. 5 ay oynamamışam, düz-əməlli məşq etməmişəm. “Qəbələ”nin təklifi məni sevindirdi. Yuri Pavloviçə, klub rəhbərliyinə təşəkkür edirəm.

Böyük futbola onun rəhbərliyi altında gəlmişəm. Qayıdışım da onun rəhbərliyi altımda gerçəkləşir. Ümid edirəm ki, “Qəbələ”də daimi oyun praktikam olacaq və bunun sayəsində formamı bərpa edib “Porto”ya, öz ailəmə qayıdacam. Bilirəm ki. bu qədər kənarda qaldıqdan sonra “Porto”nun heyətinə düşmək həddən artıq çətindir. Orada rəqabət çox böyükdür. Nə agentim, nə də “Porto” mənə klub axtarırdı. Mən özüm problemlərimi həll edirdim. Klub da buna anlayışla yanaşırdı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail