"Metallurq"un baş məşqçisi: "Bizim qol vəziyyətimiz "Neftçi"dən çox oldu"

24.01.2014 | 4614 dəfə oxunub

Az əvvəl başa çatan oyunda “Neftçi” Ukrayna “Metallurq”u (Zaparoje) ilə sülh bağladı. Oyundan sonra Ukrayna klubunun baş məşqçisi Oleq Taran qarşılaşma barədə Stadium.Az saytına açıqlama verdi: “Neftçi” çox yaxşı komandadır. Səviyyəli yerli və əcnəbi futbolçulardan təşkil edilib. Müdafiənin mərkəzində çıxış edən Kardoso və Elvinin oyunu xoşuma gəldi. Eləcə də sol cinah müdafiəçisi Bertcuccu ilə sağ cinah yarımmüdafiəçisi Araz. Hər biri usta oyunçudur. Qarşılıqlı qol vəziyyətləri oldu, amma qol vurmaq üçün bizim şansımız daha çox idi. Həqiqətən futbolçularım bəzən çox kobud oynayırdılar. Mən oyundan əvvəl də komandaya tapşırmışdım ki, kobud oynamasınlar. Buna baxmayaraq düşərgədə baxışda olan futbolçular vardı. Mən onlara necə deyə bilərdim ki, özünüzü göstərməyin?! Əsas odur ki, maraqlı oyun oldu”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail