Mustafa Dənizli: "Baş məşqçi iddialı açıqlama verməkdən qorxur"

04.01.2014 | 4265 dəfə oxunub

“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli Türkiyə telekanallarından birinin qonağı olub. Stadium.az xəbər verir ki, Dənizli bu zaman  maraqlı açıqlamalarıyla gendəmə gəlib: "Futbol mühiti bir iddia mühitidir. Burada ən önəmli olan baş məşqçilər, klub rəhbərliyi və futbolçulardır. Futbolda həyəcan, rəqabət olmalıdır. Türkiyə isə qorxaqlar ölkəsidir. Bir komandanı çalışdıran baş məşqçi iddialı açıqlama verməkdən qorxur. Mənim uğurumunun səbəbi isə belə olmamağımdır. Hər bir məşqçi yaradıcı olmalıdır.  O, bir oyun anlayışı yaratmalıdır. Həmişə eyni mövqedə oynayan futbolçunu başqa hansı mövqelərdə yaxşı oynaya biləcəyini düşünməlidir. Həftədə oynanılan 8-9 matçın ikisi “Beşiktaş” – “Fənərbaxça” derbisi kimi oynanılsa, bəs edər. Futbolda həyəcan olmalıdır. Belə futbolun olduğu ölkənin futboluna verilən pullar da halal olar.  Qazana bilmirsənsə, məğlub olma deyə bir fəlsəfə yoxdur. Bu ancaq kuboklarda olur.  Bir matçı qazanıb ikisini uduzan baş məşqçi ilə  üç oyunu heç-heçə edən çalışdırıcaya eyni gözlə baxılmır. Məğlub olmayan baş məşqçi daha uğurlusu sayılır. Amma nəticəyə baxdıqda hər ikisində eyni xal qazanılır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail