"Xəzər Lənkəran" Mustafa Dənizlinin istədiyi futbolçuların adların rəsmən açıqladı ÖZƏL

30.12.2013 | 6856 dəfə oxunub

Az əvvəl verdiyimiz xəbərdə “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli klubdan 4 futbolçunun alınmasını istədiyini bildirmişdi. Stadium.az bu futbolçuların adlarını öyrənmək üçün klubla əlaqə saxlayıb. “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bu məsələyə aydınlıq gətirdi: “Bəli, Mustafa Dənizli komandada görmək istədiyi oyunçuların adlarını rəhbərliyə təqdim etdi. Slavik Alxasovdur ki, bu barədə bilirsiz. Alxasovla bu gün rəsmi müqavilə də bağlanacaq. Dənizli Cavid Hüseynovu da istəyir. Cavid isə “Bakı”yla daha iki illik müqavilə bağlayıb. Belə görünür ki, bu transfer alınmayacaq. Baş məşqçinin komanda da görmək istədiyi daha bir yerli oyunçu isə Orxan Əliyevdir. Orxanın da “Sumqayıt”la müqaviləsi var. Buna baxmayaraq “Sumqayıt”la danışıqlarımız davam edir. Əgər konpensasiya məsələsində razılığa gəlinsə, Orxan da “Xəzər Lənkəran”a gələcək”.

Bəs legioner futbolçular? Klub rəsmisi bu suala da aydınıq gətirdi: “Bura ad açıqlamaq problem deyil. Sadəcə legioner futbolçunun adın açıqlayanda, ortaya başqa menecerlər qoşulur və bununla da süni yolla qiymət artır. Ona görə hələlik legioner futbolçunun adın açıqlamaq istəmirik. Razılıq əldə olunan kimi məlumat veriləcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail