Tahir Süleymanov: "Bertuççini satırıq" ÖZƏL

30.12.2013 | 6849 dəfə oxunub

Bruno Bertuççinin “Neftçi”dən ayrılması barədə ilk dəfə biz xəbər vermişdik. Stadium.az bu məsələyə klubun da mövqeyini öyrəndi. Konkret olaraq klubun vitse-prezidenti Tahir Süleymanovla danışdıq. Tahir müəllim də dolayısıyla bunu təsdiqlədi: “Bertuççinin meneceri bizə müraciə versək, həmin klublarla danışığa başlasınlar. Yəni real təklif olsa biz buraxarıq ya yox. Klub olaraq bildirdik ki, yaxşı təklif olarsa, maddi məsələlər bizi qane edərsə Bertuççini sata bilərik. Bruno  1990-cı il təvəllüdlüdür və Braziliya millisində oynayıb. Bazarı olan futbolçudur.  Hal hazırda da onunla maraqlanırlar. Bertuççini satırıq, amma bu məsələyə konkret olar yanvarın 10-na kimi aydınlıq gələcək”.

Bəs satılmasa necə olacaq? Süleymanov bu məsələyə də aydınlıq gətirdi: “Bertuççi ilə “Neftçi” arasında uzun müddətli müqavilə  var. Satılmasa təbii ki, düşərgəyə qayıdacaq. Biz Brunonu satsaq yerinə yerli futbolçularımız oynayacaq. Bundan həm klub qazanacaq, həm də futbolumuz”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail