Yaxşı ki, Elnur Məmmədli varmış

20.06.2011 | 4863 dəfə oxunub

Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunan cüdo üzrə "Böyük dəbilqə" turnirinə yekun vurulub. London-2012-yə lisenziya xalı verən yarışa 9 idmançı ilə qatılan Azərbaycan milli komandasının qazancı 1 bürünc medal olub. 

Belə ki, yığmamızın heyətində fəxri kürsüyə yalnız Olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) qalxıb. O, ilk görüşündə monqolustanlı Bold-Erden Odsurenlə qarşılaşıb və ipponla qələbə qazanıb. Növbəti rəqib braziliyalı Nasif Elias olub ki, həmyerlimiz yerli idmançıya gücünü göstərməyi bacarıb. Daha sonra Elnur italiyalı Françesko Bryuyeranı da həmyerlimiz Elxan Rəcəblini məğlub etməsinə peşman edib. Nəticədə yarımfinala çıxan Məmmədlini burda yerli publikanın sevimlisi olan Leandro Qulxeyro ilə mübarizə aparıb. Amma təəssüf ki, Elnur da yarışı məhz bu rəqiblə dueldə dayandırmalı olub və üçüncü pilləni tutaraq, öz aktivinə 120 lisenziya xalı yazdırıb. 
rn
rnMəmmədli ilə yanaşı, Elxan Məmmədov (90 kq) və Ramilə Yusubova (63 kq) da medal qazanmağa yaxın olublar. Lakin onlar 1/4 final səddini aşa bilməyiblər və 5-ci pillədə yer alıblar. Nəticədə Məmmədov və Yusubova da 60 lisenziya xalına sahib olublar.
rn
rn56 ölkənin qatıldığı "Böyük dəbilqə"də yığmamız komanda hesabında 16-cı yeri tutub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail