Reynaldo "Qarabağ"ın ən yaxşısıdır

26.12.2013 | 4692 dəfə oxunub

Artıq 2013-cü il geridə qalmaq üzrədi.  Hər olduğu kimi «Qarabağ» Futbol Klubu ilin ən yaxşılarını seçdi. Ənənəvi olaraq sorğuya klubun idari, texniki və inzibati heyəti qatıldı. Bizim səsverməmiz bir qədər standardlardan fərqlənir. 2013-də meydana çıxan 20 futbolçunun seçilmə imkanı vardı (2013-ün ilk yarısında «Qarabağ»ımızda çıxış edənlər səsverməyə daxil edilməyib). Öncədən müəyyənləşmiş 20 futbolçu 20 ballıq şkalayla qiymətləndirilirdi. Yəni, 20-ə qədər xal 20 futbolçu arasında paylaşdırılmalıydı. Klubumuzun direktoru Emrah Çelikel və baş məşqçi Qurban Qurbanovun da qatıldığı sorğu olduqca maraqlı alındı. Maraqlıdı ki, ötən illərə müqayisədə bu dəfə qalib böyük fərqlə qələbə qazandı. Gözlənildiyi kimi «Qarabağ»ın braziliyalı forvardı Reynaldo klub çalışanlarının rəğbətini qazanaraq ilin ən yaxşısı seçildi. Rekord səslə birinci olan 24 yaşlı hücumçu 1 isitisnayla hərkəsdən maksimum xal alıb. Reynaldo elə ilin əvvəlində komandamıza qoşulub. «Anderlext»dən transfer etdiyimiz ön xətt oyunçusu ilin ilk yarısında cəmi 2 qol vursa da, həm kubok, həm də çempionatda hücum xəttində effektliliyi ilə komandamıza böyük fayda gətirmişdi. Bu mövsüm isə fırtına kimi başlayan Reynaldo avrokuboklarda 5, Premyer Liqada 7, kubokda isə ¼ finala yüksəlməyimizə səbəb olan yeganə qola imza atıb. 2008-ci ildən keçirməyə başladığımız sorğuda Admir Teliden sonra il sonunda klub çalışanlarının rəğbətini qazanan 2-ci əcnəbi oldu.

2-ci və 3-cü yerlər arasında isə ciddi mübarizə qeydə alınıb. Ötən il 3-cü olan Riçard Almeyda 2-ciliyi sadəcə 2 xalla Rəşad Sadıqovu qabaqlamaqla əldə edib. İlk 5-liyi isə ötən ilin qalibi Vüqar Nadirovla Qara Qarayev tamamlayıb.

 Bütün qaliblər

2008 - Maksim Medvedev

2009 - Vaqif Cavadov

2010 – Rauf Əliyev

2011 – Admir Teli

2012 – Vüqar Nadirov

qarabagh.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail