Vaqif Cavadov: "Əsas hədəfimiz çempionluqdur"

13.12.2013 | 4555 dəfə oxunub

Topaz Premyer Liqasında noyabr ayının ən yaxşı oyunçusu Vaqif Cavadov seçildi. Stadium.az xəbər verir ki, bu gün keçirilən tədbirdə Vaqif bununla bağlı fikirlərini bildirib: “Sorğuda mənə səs verən hər kəsə təşəkkürümü bildirirəm. Arzu edirəm ki, hər bir futbolçu layiq olduğu şəkildə bu adı qazana bilsin. Yerli futbolçuların mükafat qazanması sevindirici haldır. Bunun ardıcıl olmasını arzulayıram. Futbolmuzu yerli oyunçuların qaldıracağına inanıram. Milli komandanın baş məşqçisi haqqında çox fikirlər səslənir. Yeni baş məşqçinin təyin olunması İcraiyyə Komitəsinin səlahiyyətindədir. Mənim fikrimcə, Berti Foqts qalmalıdır. Milli komandanın qazandığı nəticələr vacibdir. Son oyunlardakı kimi çıxış etsək, uğur qazanarıq. Növbəti seçmə mərhələdə qrupdan çıxmaq istəyirik. Hər bir idmançıda zədə, yaxşı və yaxud pis mövsüm ola bilər. “İnter” komandası olaraq artıq toparlanmışıq. İlk turlardakı məğlubiyyətlərdən sonra özümüzə gəlmişik, liderlər qrupuna yaxınlaşırıq. Bu mövsüm mükafatçılar sırasına düşmək istəyirik. Əsas hədəfimiz - çempionluqdur. Bu nəticəni qazanmaq üçün həm futbolçular, həm də rəhbərlik əlindən gələni əsirgəmir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail