AFFA "Barselona"nı Bakıya gətirir

13.12.2013 | 4432 dəfə oxunub

Xəbər verdiyimiz kimi, futzal üzrə UEFA Kubokunun final mərhələsinin oyunlarının Bakı şəhərində təşkil olunması üçün AFFA UEFA-ya müraciət etmiş, Avropa futbol qurumunun ekspertləri bununla bağlı Bakıda monitorinq aparmışdı. Stadium.az xəbər verir ki, monitorinqlə bağlı hesabat UEFA İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında təqdim olunub və hesabata əsasən futzal üzrə UEFA Kubokunun final mərhələsinin oyunlarının Bakı şəhərində təşkil olunması ilə bağlı qərar qəbul edilib.
“Barselona” (İspaniya), “Dinamo” (Rusiya), “Kayrat” (Qazaxıstan) və Azərbaycan çempionu “Araz”ın mübarizə aparacağı  “Dördlər finalı”nın oyunları 2014-cü ilin aprel ayında Sərhədçi İdman Olimpiya Kompleksində keçiriləcək.
Xatırladaq ki, “Araz” əsas seçmə mərhələnin ilk oyununda Hollandiyanın “Eyndhoven” komandasına 6:3, ikinci qarşılaşmada Macarıstanın "Qyor ETO" klubuna 5:0, Portuqaliyanın "Sportinq" klubuna isə 6:3 hesabı ilə qalib gələrək final mərhələsinə vəsiqə qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail