Berti Foqtsu Yuri Syomin əvəzləyir?

10.12.2013 | 4786 dəfə oxunub

"Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə əsas namizəddir. Stadium.az xəbər verir ki, bu barədə xəbəri Rusiyanın "İzvestiya" qəzeti yayıb.

Təcrübəli mütəxəssis özü xəbəri şərh etməyib. O qeyd edib ki, hazırda bütün diqqətini çalışdığı "Qəbələ" klubuna yönəldib: "Azərbaycan çempionatında "Neftçi" və "Qarabağ"la birgə yüksək yerlər uğrunda mübarizə aparırıq. Ümumi götürdükdə yerli çempionatın səviyyəsi xeyli yaxşılaşıb. İnfrastruktur və maliyyə baxımından da klublar yaxşı səviyyədədir. Bu ölkəyə xeyli səviyyəli futbolçular və tanınmış məşqçilər gəlir. Düşünürəm ki, Azərbaycan çempionatı MDB ölkələri sırasında Rusiya və Ukraynadan sonra üçüncü pillədə qərarlaşıb”.

Syominin rəsmi nümayəndəsi Dmitri Səlyuk isə təcrübəli mütəxəssisin Azərbaycanı seçməsini düzgün addım olduğunu bildirib:

"Azərbaycan Futbol Federasiyasının Syomini milli komandanın baş məşqçi vəzifəsinə namizəd görməsi təəccüblü deyil. Onun işi təqdir olunmalıdır. Syomin daha əvvəl turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandada əla nəticələr qazanır. Onun rəhbərliyi altında komanda artıq yüksək yerlər uğrunda mübarizə aparır. Yuri sübut etdi ki, təkcə böyük klublarda deyil, eyni zamanda kiçik ölkənin, heç bir uğuru olmayan komandada da işləmək öz səmərəsini verir. Düşünürəm ki, Syomin Azərbaycan millisini çalışdırmaq variantını nəzərdən keçirəcək, ancaq məncə, o klubdakı işinə üstünlük verəcək".

Millimizin hazırkı baş məşqçisi Berti Foqtsun AFFA ilə müqaviləsi başa çatmaq üzrədir. AFFA İcraiyyə Komitəsi yaxın günlərdə millimizə baş məşqçinin təyinatı məsələsinə baxacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail