Mustafa Dənizli: " Bu pulu Türkiyədə də heç kimə verməzlər" MÜSAHİBƏ

05.12.2013 | 4846 dəfə oxunub

Az əvvəl ictimaiyyətə təqdim olunan "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizlinin müsahibəsini təqdim edirik:

- Komandanı artıq ilk oyunua çıxartmısız. Sizdə necə təsürat yaratdı?

- Əvvəlcə hər birinizə təşəkkür edirəm. Bizim üçün yeni çalışmadır, yeni bir həyacandır. Bu çalışma dəyişik düşüncələri bir araya gətirəcək. Bura gəlməyimdə əsas səbəblərdən biri klubun prezidentini yaxşı tanımaqdır. “Xəzər Lənkəran”la təcrübəmi paylaşacam. Bu komanda üçün gələcəyin uşaq futbolun təməlin qoymaqdır. Mübariz Mənsimovu tanımışam. 3 il əvvəl “Beşiktaş”da çalışdığım zaman Mübariz bəylə tanış olmuşam. Komanda çempionatda yaxşı çıxış etməyib. Çalışacağıq komandanın vəziyyətini düzəldək, mümkün olduqca qabağa gedək. Çalışacağıq Avroliqaya gedək, kubokda maksimum qabağa gedək. Bütün planlarımızı çempionatda yaranan fasilədə - iki həftədən sonra başlayacağıq. Azrkeşlər izləyərəkən məmnuniyyət duyacağı bir komanda yaradacağıq. Burada olmaqdan çox dərəcə xoşbəxtəm. Öz ölkəm kimi baxdığım bir yerdir. Uzun illər sonra Bakıya gəlirik.

- Baş məşqçi olduğunuz gün oyuna çıxdız? Necə gördüz komandanı və Türkiyədən futbolçular gələcəkmi?

- Şərtlər necə olursa olsun, ilk tanışma çox önəmlidir. Rəqibimiz I Divizionda mübarizə aparan dəyərli komanda idi. İlk oyundan və nəticədən razıyam. Ehtiyac olarsa transfer edəcəyik. Burada limit səbəbindən çoxlu legioner oynatmaq olmur. Futbolçu transfer etmək istəsək, ilk seçimimiz Türkiyədən olacaq. Bəyəndiyimiz olursa alacağıq. Hazırda çempionatın yarısına yaxınlaşırıq. İlk istəyimiz önümüzdəki 3 oyundan maksimum xalla ayrılmaq olacaq.

- “Xəzər Lənkəran”ın tarixində üçüncü türk məşqçisiz və 10 illik klub tarixində 11-ci baş məşqçi olduz. Bu amil sizi qorxutmadı?

- Belə şeylərə Türkiyədə də rast gəlinir. Önəmli olan mənim burada necə işləməyimdir. Burada bütün hirsimi və iddiamı ortaya qoyandan sonra, hər şeyin yaxşı olacağına inanıram.

- Çempionluğa söz verirsiz?

- Buna söz vermək çətin işdir. Bu, ilk mövsümdə də ola bilər, daha sonra da. Bunun üçün qurduğun heyət çox önəmlidir. Toplam olaraq üstümüzdəki komandalarla aramıza 50 xallıq fərq var. Bunu aradan qaldırmaq çox çətin məsələdir. Bu yarışda çox geridəyik. Futbolda imkansız deyilən bir şey yoxdur. Bunu çox yaşadım mən. Əsas olan düşündüklərimizi gerçəkləşdirməkdir. Ən böyük hədəfimiz ilk üçlükdə yer ala bilməkdir.

- Türkiyə mətbuatında çıxan xəbərlərə inansaq, buarada il yarımlıq meqavilə üçün 6 milyon avro qazanacaqsız. Nə dərəcədə doğrudur bu?

- İnanın bu pulu Türkiyədə də heç kimə verməzlər. Bunu eşidəndə ailəm də təccübləndi, özüm də. Yəqin ki, burdakı insanlar da. Tamamilə həqiqəti əks etdirməyən xəbərdir.

- Deyilənə görə “Rizəspor”dan yaxşı tanıdığınız David Loryayla Samet Smakovu komandanıza gətirmək istəyirsiz. Doğrudurmu bu?

- İnanın, ilk dəfə sizdən eşidirəm.

- Yeni köməkçiləriniz kimlər olacaq?

- Mən bura kimisə gətirsəm, o demək deyil ki, kimlərsə işindən gedəcək. Hər bir kəsə yeni layihəmizdə iş veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail