Dənizli Lənkərana Türkiyədən futbolçu gətirir

05.12.2013 | 4434 dəfə oxunub

"Xəzər Lənkəran"nın baş məşqçisi Mustafa Dənizli yeni klubu ilə Azərbaycan kubokunda debüt oyunundan sonra ölkəsinin "Ntv Spor" televiziya kanalına danışıb. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis "Neftçala" ilə matçda (4:0) qələbə qazanmağın onun üçün önəmli olduğunu deyib: "Birinci divizonda üçüncü pillədə olan bir klubla qarşılaşdıq və çox yaxşı nəticə əldə etdik. Bu qələbə mənim üçün  vacib idi".

Komandasının Topaz Premyer Liqadakı vəziyyətini dəyərləndirən M.Dənizli bildirib ki, hədəf Avroliqaya vəsiqə qazanmaqdır: "Rəqiblərimizdən geridəyik. Ancaq liqanın bitməsinə 23 həftə var. Futbolda olmayacaq bir şey yoxdur. Çətin bir hədəfimiz var. Avropaya getməyin iki yolu var. Amma bizim üçün önəmli olan kubok qazanmaqdır. Bunun üçün mübarizə aparacağıq. Həftəsonu önəmli matçımız var. İlk dövrənin bitməsinə 3 oyun qalmış 9, ya da 7 xal qazanmalıyıq".

Türk çalışdırıcı transfer planları haqda da danışıb: "Qış transfer pəncərəsində əgər əcnəbi futbolçu transfer edəcəyiksə, bu, Türkiyədən ola bilər. Əgər Türkiyədə istədiyim oyunçunu tapa bilməsəm, başqa ölkələrdən də komandaya oyunçu gətirə bilərik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail