"Xəzər Lənkəran" "qapazaltısına" qarşı

29.11.2013 | 4333 dəfə oxunub

“Xəzər Lənkəran” bu həftə Topaz Premyer Liqasının XVI turunda doğma meydanda AZAL-ı qəbul edəcək. Stadium.az  klubun rəsmi saytına istinadən oyuna tarixin və statistikanın prizmasından nəzər yetir.

Ən çox məğlub edilən rəqib 

AZAL bütün yarışların statiskasına görə “ağ-yaşıllar”ın ən çox məğlub etdiyi komandadır. Belə ki, bu rəqibə qarşı keçirilmiş 15 oyundan “Xəzər Lənkəran” qalib ayrılıb.

Ölkə birinciliyində bu komandalar arasında 2005-ci ildən bəri 21 oyun baş tutub. 13 çempionat matçında qələbə qazanan cənublular 4 dəfə heç-heçə edib və 4 dəfə məğlub olub. Ümumi top fərqi – 28:13.

Lənkəranda baş tutan 10 oyunda 6 qələbə, 3 heç-heçə və 1 məğlubiyyət qeydə alınıb. Cənub təmsilçisinin doğma divarlar arasında vurduğu qolların sayı isə rəqibin vurduğu qolları ikiqat üstələyir – 14:7.

Hazırkı mövsüm 

Hər iki komandanın bu mövsüm göstəriciləri ürəkaçan deyil. Son 6 tura nəzər salsaq, “Xəzər Lənkəran”da 1 qələbə, 2 heç-heçə və 3 məğlubiyyət, AZAL-da isə 4 heç-heçə və 2 məğlubiyyət var.

Lənkəran klubunun bu çempionatda məğlub etdiyi üç rəqibdən biri də məhz “təyyarəçilər”dir. 7-ci turda “AZAL Arena”da keçirilən oyun 3:1 hesabı ilə “ağ-yaşıllar”ın xeyrinə başa çatıb.

AZAL-ın çempionatda son qələbəsi isə daha əvvəl, 5-ci turda baş tutub. Səfərdə “Qarabağ”ı məğlub etməklə ardıcıl 4-cü qələbəsini qazanmış paytaxt klubu o gündən qələbə qazana bilmir.

Digər məqamlar 

AZAL-a qarşı birinci dövrədə keçirilmiş oyun həmçinin “Xəzər Lənkəran”ın geridə qalan 14 tur ərzində hesabı açdığı yeganə qarşılaşmadır.

Braziliyalı Deyvid Sakkoni 3-cü dəqiqədə AZAL-ın qapısından ilk və hələ ki yeganə topunu keçirməklə, həm də bu mövsüm “Xəzər Lənkəran”ın vurduğu ən tez qolun müəllifi olub.

30 noyabr 
17:00. “Xəzər Lənkəran” – AZAL. 
Lənkəran şəhər stadionu. 
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Elşən Acalov, Teymur Fərhadov.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail