AFFA-nın baş katibi "Arsenal" Futbol Məktəbinin rəsmisi ilə görüşüb - FOTO

27.11.2013 | 4592 dəfə oxunub

Futbol İdarəçiliyi Təlim Proqramı ilə əlaqədar İngiltərədə səfərdə olan AFFA-nın baş katibi Elxan Məmmədov Londonun "Arsenal" klubunun futbol məktəbinin meneceri Ross Metherellə görüşüb. Stadium.az xəbər verir ki, görüşdə AFFA və "Arsenal" klubunun Azərbaycanda uşaq futbolunun inkişafı ilə bağlı birgə fəaliyyətinin perspektivləri müzakirə olunub. İlkin olaraq razılıq əldə edilib ki, 2014-cü ilin yay aylarında Bakıda "Arsenal" klubunun Yay Futbol Məktəbinin toplanışı təşkil olunsun və AFFA-nın təşkil etdiyi liqalarda yüksək yerləri tutmuş komandaların üzvləri həmin təlim prosesində iştirak etsin. Toplanışda həmyaşıdlarından daha yaxşı göstəricələrə nail olmuş uşaqların Londona gedərək "Arsenal" klubunun bazasında hazırlıq keçməsi nəzərdə tutulub.
Xatırladaq ki, bu il AFFA və Bakcell şirkətinin birgə layihəsi əsasında Bakıda "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbinin toplanışı təşkil olunub və İngiltərədən gəlmiş məşqçilərin seçimi əsasında 6 uşaq Mançester şəhərinə gedərək "Mançester Yunayted" FK-nın Yay Futbol Məktəbində təlimlərdə iştirak edib.

affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail