"Hafiz Məmmədov bizim şefimizdir" MÜSAHİBƏ

25.11.2013 | 4751 dəfə oxunub

"Lans" klubunun futbolçusu Pyerik Valdivia Fransa çempionatının ikinci liqasının 15-ci turunun "Şatoru" ilə oyunundan sonra (2:0) yerli mətbuata müsahibə verib: 

- Pierrik, çempionatın son turunda "Şatoru" ilə keçirdiyiniz görüşü klubun sahibi Hafiz Məmmədov da izləyirdi. Bu oyunla bağlı təəssüratlarını öyrənək...

- Düşünürəm ki, Hafiz Məmmədov bizim oyunumuzu yüksək qiymətləndirib. Hər halda biz bunun üçün əlimizdən gələni etdik. Stadionda qələbə atmosferi var idi. Məncə, Hafiz Məmmədov da bu atmosferdən zövq aldı.

- Oyundan sonra H.Məmmədov paltardəyişmə otağına gələrək sizi qələbə münasibəti ilə təbrik etdi...

- O, paltardəyişmə otağına qələbəni bizimlə bayram etmək üçün gəlmişdi. Onu daha öncə görümədiyimiz üçün bizə çətin idi. Hafiz Məmmədov bizim şefimizdir. Həqiqətən onunla görüşməyimiz çox yaxşı oldu.  

- Bəzi çətinliklərə baxmayaraq, vacib qələbə qazandınız. Oyundan razı qaldın?

- "Şatoru" ilə oyunun çətin keçəcəyini bilirdik. Bu baxımdan üzərimizdə müəyyən təzyiq var idi. Lakin sonradan biz onlardan güclü olduğumuzu hiss etdik. Bir qədər arxayınlaşan kimi rəqib üzərimizə gəlməyə başladı və təhlükəli epizodlar yaratdılar. Bununla belə, sonda onları məğlub etməyi bacardıq.

- Komandanın ikinci qoluna sən imza atdın. Özü də işlək olmayan sağ ayağınla...

- Bəli. Bu yaxınlarda məşqçimlə söhbətim oldu. O mənə sağ ayağımla da zərbə vura biləcəyimi demişdi. Mən də bunu yoxladım. Ancaq sağ ayaqla çox oynamağı düşünmürəm. Top ayağıma düşən kimi əsas məqsədim qapıya zərbə endirmək oldu. Ancaq bu xoş təsadüfdür. 

- Turnir cədvəlində 4-cü pillədəki rəqibinizlə sizi 5 xal ayırır. Bu sizin üçün nə dərəcədə əhəmiyyətlidir?

- Düzdür, bizim rəqiblərimizlə xal fərqimiz azdır. Ancaq ilk növbədə diqqətimizi öz oyumuza yönəltməliyik. Çünki sabah bu fərq aradan qalxa da bilər. Qarşıda hələ uzun marafon var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail