Sadıq Sadıqov "Araz"ı təbrik edib, "Araz"a eyni uğuru arzuladı

25.11.2013 | 31754 dəfə oxunub

Futzal üzrə UEFA kubokunun elit raundunun D qrupunda yer alan Naxçıvanın “Araz” klubu bütün rəqiblərinə qalib gələrək, "dördlər final"ına yüksəldi. Avropanın ən güclü 4 komandasından biri olan “Araz”ın bu uğuruna “Neftçi” Peşəkar Futbol Klubunun prezidenti Sadıq Sadıqov da biganə qalmadı. “Neftçi”nin prezidenti “Araz”ın uğuru barədə Stadium.Az saytına açıqlamasında bunları dedi: “Artıq ikinci dəfədir ki, futzalda Naxçıvanın “Araz” klubu avropada “dördlər” finalına vəsiqə qazanır. Bu, bizlər üçün böyük uğurdur. Bu uğur AFFA-nın, xüsusən də asosiassiya prezidenti cənab Rövnəq Abdullayevin futbola göstərdiyi diqqət və qayğının göstəricisidir. Həm də, Futzal Federasiyasının prezidenti Zaur Axundovun futzalda yürütdüyü düzgün siyasətin bariz nümunəsidir. Bu uğur münasibətiylə bütün “Araz” klubunun heyətini, rəhbərliyini “Neftçi” İdman Sağlamlıq Mərkəzi və “Neftçi” Peşəkar Futbol klubu adından ürəkdən təbrik edirəm. İnanıram ki, “dördlər” finalında da “Araz” öz sözün deyərək, uğurlu nəticə qazanacaq və Azərbaycanımızı avropada layiqincə təmsil edəcək”.

Sadıq müəllim futzal klubu “Araz”ı təbrk etməklə yanaşı, I divizionda mübarizə aparan Naxçıvanın “Araz” klubunu da yaddan çıxartmadı: “İnanıram ki, I divizionda çıxış edən “Araz” klubu çempion olaraq Premyer Liqaya vəsiqə qazanacaq və burada da uğur qazanaraq, gələcəkdə Avrokuboklarda ölkəmizi layiqincə təmsil edəcək. Onlara da uğurlar arzulayıram. İnşAllah, futzal klubu “Araz”ın futzalda qazandığı uğurları, Naxçıvanın böyük futbolda təmsilçisi olan “Araz”, elə böyük futbolda qazanar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail