Hafiz Məmmədov Luvru ziyarət etdi

23.11.2013 | 4817 dəfə oxunub

"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov Fransada işgüzar səfərdədir. Stadium.az xəbər verir ki, dünən klubun prezidenti dünyaca məşhur Luvr muzeyinin Lans şəhərində yerləşən filialını ziyarət edib.  Ziyarət zamanı Hafiz Məmmədovu Nor Pa de Kale regionunun başçısı Daniel Perşeron (Daniel PERCHERON), Lans şəhərinin meri Silven Rober (Sylvain ROBERT), "Lans" klubunun prezidenti Jerve Martel (Gervais MARTEL) müşaiyət ediblər.

Lans-Luvrda fəxri qonaqları qarşılayan muzey direktoru, tanınmış sənətşünas Ksavye Dekto (Xavier DECTOT) Luvr muzeyin tarixi və 2012-ci ildən fəaliyyət göstərən Lans bölməsində sərgilənən eksponatlar barədə ətraflı məlumat verib.

II Luvr adlandırılan və Luvr muzeyinin ilk rəsmi filialı kimi tanınan Luvr-Lans muzeyinin ildə 450-500 min adam tərəfindən ziyarət olunduğunu bildirən sənətşünas 20 hektar ərazidə yerləşən kompleksin SANAA Yaponiya arxitektura bürosunun layihəsi əsasında tikildiyini deyib.

Ətraflı gəzinti zamanı qonaqlar Luvr muzeyindən gətirilən 205 nadir eksponatla tanış olmaqla yanaşı, şüşəli pavilyon, 120 metrlik Zaman qalereyasını izləyiblər. Burada IV əsrdən 1850-ci ilə qədər yaşayıb-yaratmış sənət ustalarının rəsm və skulpturaları yerləşdirilib.  
   
"Bakı"nın prezidenti Hafiz Məmmədov Luvr muzeyinin ardından "Lans" klubunun arenası "Feliks Bollar" stadionuna dəvət olunub. "Lans" klubunun prezidenti Jerve Martel stadion və infrastruktur barədə ətraflı məlumat verdikdən sonra qonaqlar klub muzeyinə baş çəkiblər.

Qeyd etmək yerinə düşər ki, Fransa 2-ci liqasında mübarizə aparan "Lans" bu gün bu arenada 14-cü turun oyununa çıxacaq. Hafiz Məmmədov "Şatoru"nu qəbul eədəcək meydan sahiblərinin oyununu şərəf tribunasından izləyib. Bakı vaxtı ilə saat 17:00-da başlayan oyun "Lans"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail