Pantiç "Xəzər Lənkəran"dan revanş almağı isdəyir

21.11.2013 | 4546 dəfə oxunub

“Xəzər Lənkəran” Premyer Liqadakı yerindən asılı olmayaraq, çətin rəqibdir. Düzdür, hazırda çox da yaxşı mövqedə qərar tutmayıblar, amma görünən reallıq budur”. Stadium.az xəbər verir ki, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib. “Bakı” sabah Topaz Premyer Liqasının XIV turu çərçivəsində “Xəzər Lənkəran”ı qəbul edəcək.  Oyun ərəfəsində klubun rəsmi saytına danışan serbiyalı çalışdırıcı bunları deyib:
“İlk dövrə oyununda müəyyən səbəblərdən məğlub olduq. Sabah biz meydançanı yaxşı sulayacağıq ki, azarkeşlər sürətli futbol görə bilsin. Revanş almaq da öz yerində. Bəzilərindən fərqli, meydanı daş kimi sərt etmək istəmirik. Onlar idmana yardım etmirlər, futbolçulara yazıqları gəlmir. Bu üzdən belə addım atırlar. Çalışacağıq ki, futbola məxsus maraqlı tamaşa göstərək. “Neftçi”yə məğlubiyyətdən sonra psixoloji hazırlıqda problem yoxdur. Biz nə Madrid “Real”ıyıq, nə də “Barselona”.

Pantiç zədəli Kamran Ağayevin yoxluğunda qapını Edin Nuredinovsikyə deyil, gənc və təcrübəsiz Elxan Əhmədova həvalə etməsinə də aydınlıq gətirib: “Gənc qapıçımız Elxan Əhmədov haqda mətbuatda səslənən tənqidi fikirlərə gəlincə, ikinci dövrənin sonuna kimi qapını o qoruyacaq. Nə etdiyimi bilirəm, hesab edin ki, mən 500 ildir ki, futboldayam. Belə olan halda nə dediyim dəqiq anlaşılar. Qapıya Elxanı yox, Edin Nuredinoskini qoysam, tənqidçilər məni qaldığım yerdən bayıra atarlar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail