14-cü tur rəqəmlərin gözündə STATİSTİKA
Milli komandaların oyunları il əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə bu həftə başa çatacaq. Stadium.az xəbər verir ki, çempionatın 14-cü turunda növbəti 5 qarşılaşma baş tutacaq. Bu dəfə turun görüşləri 3 gün ərzində keçiriləcək. Turun mərkəzi oyunu “Şəfa”da “İnter” və “Neftçi” arasında olacaq. Peşəkar Futbol Liqasının rəsmi internet saytı ənənəsinə sadiq qalaraq bu dəfə də üz-üzə gələn cütlərin çempionatlar tarixindəki oyunlarının balansını təqdim edir. Balansda sonradan adını dəyişən klubların varisi olan komandaların nəticələri də əksini tapıb. 14-cü tur 66. “Qəbələ” (Qəbələ) – AZAL (Bakı) Paytaxt təmsilçisi 16-cı dəfə qarşılaşacağı “Qəbələ” ilə qarşılaşmalarda üstünlüyə malikdir. Lakin AZAL səfərdə keçirdiyi son 5 matçda qələbəyə həsrət qalıb. Öz meydanında sonuncu dəfə 6 il əvvəl uduzan “Qəbələ” ardıcıl 3 ev görüşündə bərabərliklə kifayətlənir.
67. “Bakı” (Bakı) – “Xəzər Lənkəran” (Lənkəran) İndiyədək 25 dəfə qarşılaşan rəqiblər eyni sayda qələbə qazanıb. Lakin top fərqində “Xəzər Lənkəran”ın üstünlüyü var. Öz meydanında sonuncu dəfə 4 il əvvəl uduzan “Bakı” ardıcıl 6 matçdır qonaqlara məğlub olmur. “Xəzər Lənkəran” son 2 səfərdən xalsız qayıdıb.
68. “Sumqayıt” (Sumqayıt) – “Simurq” (Zaqatala) “Sumqayıt” tarixi ərzində “Simurq”dan xal ala bilməyib. Əvvəlki 7 qarşılaşmanın hamısında qalib gələn Zaqatala təmsilçisi səfər oyunlarında minimal fərqlə qalib gəlib.
23 noyabr (şənbə) 69. “İnter” (Bakı) – “Neftçi” (Bakı) 37-ci paytaxt derbisi ərəfəsində üstünlük “Neftçi”nin tərəfindədir. “Ağ-qaralar” artıq yubiley – 20-ci qələbəsinin astanasındadır. “İnter” son 7 oyunda qalib gələ bilmir və 8 matçdır qapısını toxunulmaz saxlamır.
24 noyabr (bazar) 70. “Qarabağ” (Ağdam) – “Rəvan” (Bakı) Paytaxt təmsilçisi əvvəlki 5 oyunda “Qarabağ”a qalib gələ bilməyib. Ağdamlılar “Rəvan”la ev oyunlarında qol da buraxmayıb.
|
- See more at: http://www.pfl.az/news/2323#sthash.Vsc5EcQe.dpuf
pfl.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |