Zaur Ramazanov: "Foqts millidə qalmalıdır" MÜSAHİBƏ

16.11.2013 | 4663 dəfə oxunub

Veteran futbolçu Zaur Rmazanovun Stadium.az saytına müsahibəsi:

- Zaur salam. Millimizin Estoniya ilə oyununa baxdın?

- Yox baxmadım, amma internetdən hesabı öyrəndim. Deyəsən, Rauf Əliyev penaltidən qol vurub, hə? 

- Yox, penaltidən vurmadı. Rəqib müdafiəçinin səhvindən yararlandı...

- Hə ola bilsin mən səhv edirəm. Birinci hissədə udurdular amma...

- Heyətlə tanışsan?

- Yox, heç bilmədim kimlər oynyıb. Yəqin Rəşad gil (Sadıqov) oynayıb da...

- Zaura millinin Estoniya ilə oyundakı heyətini bildiririk..

- Hə bildim. Bu heyətlə heç nə etmək olmaz amma.

- Bu heyətlə uğur qazanmaq olmaz?

- Yoldaşlıq oyunları fərqli olur e. Atmosfer də başqa cür alınır. İstənilən halda Estoniyanı udmalıydılar. Oyunlarına maddi maraq olmur, çempionatları çox aşağı səviyyədədir. Orada dostlarım var, mənə zəng edib demişdilər ki, bir neçə aparıcı oyunçuları oynamayacaq.

- Necə düşünürsəm, Qırğızıstan millisiylə oyun bizə lazımdır?

- Bilirsiz necədir, bizim millidə hələ udmaq – qələbə qazanmaq əzmi formalaşmayıb, özü də səfər oyunlarında. Düşünürəm ki, qələbə ruhun saxlamaq üçün belə rəqiblər seçiblər. Buna başqa ad verə bilmərəm. Birdə bizimlə İtaliya oynamayacaq ki...

- Foqtsa haqq qazandırırsan?

- Mən başqa cür fikirləşə bilmirəm.

- Bizdə olan məlumata görə, Foqts daha iki il millini çalışdıracaq. Buna necə baxırsan?

- Foqts artıq Azərbaycan millisini tanıyır. Neçə ildir burdadır. Hər il də göstərdiyi nəticələr yaxşılaşır. Məncə qalsa yaxşı olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail