Kamal Quliyev hansı klubda işləyəcək? MÜSAHİBƏ

15.11.2013 | 8829 dəfə oxunub

"Neftçi"dən ayrılan məşqçi Kamal Quliyevin Stadium.az saytına müsahibəsi:

- “Neftçi”yə keçidin niyə alınmadı?

- Heç bir problem yoxdur. Yəqin ki, qışda düzəlməlidir.

- “Neftçi”də baş məşqçinin köməkçisi olmusan. İndi aşağı yaş qruplarında işləməyə razı olmağın geriyə atılmış addım deyil?

- Mən Böyükağa Hacıyevin gedişindən sonra baş məşqçinin köməkçisi olmuşam. Daha doğrusu, Tərlan müəllimə kömək etmişəm. Əslində isə bizim işimiz Bəxtiyar musayevlə birlikdə seleksiyaçı məşqi olub. Futbolçuları araşdırıb klubun şurasına verirdik. Onlarda həmin futbolçunun alınıb alınmamasına qərar verirdi. Məşqçilər korpusuyla şuranın fikri eyni olanda futbolçu komandaya alınırdı. Bizim işimiz bu idi. Həm də gənc və istedadlı futbolçular ax tarırdıq.

- Amma Böyükağa Hacıyevin vaxtında məşqlərdə də iştirak edirdin?

- Bəli, bunu özüm üçün edirdim. Çünki bu canlı praktika idi, orda öyrənirdim, təcrübə qazanırdım.

- Bayaqki sualıma cavab vermədiz?

-  Bekar qalmaqdansa, işləmək yaxşıdır. Lap da uşaqlarla yox, 16 yaşlılardan yuxarı komandalarda işləmək heç də pis olmaz. Yenədə işləyirsən, çalışırsan, öz fikirlərini komandaya aşılayırsan. Taktiki sxemlərin üstündə işləyirsən, uyğun olanı daha da təkmilləşdirirsən.

- Başqa klubdan təklif gəlsə gedərsən?

- Mən həmişə demişəm ki, “Neftçi” evimdir. Çox klubda oynadım, amma 8 il şərəfin qoruduğum “Neftçi” kimi doğmasın görmədim. Əlbəttə, başqa klubdan təklif olsa gedib işləyərəm. Məncə “Neftçi” rəhbərliyi də buna şad olar.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail