Millinin keçmiş üzvü: "Azərbaycanlılar bicdilər" MÜSAHİBƏ

15.11.2013 | 4895 dəfə oxunub

Ötən gün milli komandamızın keçmiş futbolçusu Şamil Lahiyalovun Rusiya mətbuatına müsahibəsindən bəzi məqamları diqqətiinizə çatdırmışdıq. Stadium.az xəbər verir ki, daha çox “Anji” dəki çıxışı ilə yadda qalan, son klubu isə “Krılya Sovetov” olan U-17 millimizin keçmiş oyunçusu “Sport-ekspress” qəzetinə müsahibəsində başqa məqamlara da toxunub. 

- Bəli, artıq bu barədə danışa bilərəm. Bunu macəra kimi qəbul edin. 1990-cı illərin sonunda "Anji"nin heyətinə düşmək çox çətin idi. Yoldaşlıq oyunu üçün Azərbaycana getdim və orada mənə "əgər 1982-ci il təvəllüdlü doğum haqqında şəhadətnamə tapa bilsən, burada qala bilərsən" dedilər. Mən də kiçik qardaşım Rəşidin sənədlərini gətirdim.

- Siz qardaşınıza çox bənzəyirsiniz?

- Doğum haqqında şəhadətnamədə şəkil yox idi. 1979-cu ildə doğulmuş balaca və cılız biri idim. Azərbaycanda mənə saxta pasport və burada oynamaq təklif edildi.

- Bəs, Azərbaycanda oynamağına nə mane oldu?

- İlk müqaviləmə görə əmək haqqım 470 rubl idi. Saxta pasport isə 4 min rubla başa gələcəkdi. Razılaşmadım və Dağıstana qayıtdm.

- Sizi Azərbaycanda Şamil kimi çağırırdılar?

- Yox, Rəşid. Ancaq bir dəfə Dağıstan qəzetlərində şəkilimlə birgə "Şamil Lahiyalov" yazıldığını gördüm. Məndən soruşurdular: "Sən Şamilsən?". Dedim ki, yox, Rəşidəm. Ancaq azərbaycanlılar bicdilər. Yarım saat sonra televizor izləyərkən, kimsə "Şamil" deyə səsləndi. Mən çevrildim və hər şey aydın oldu.

- Yəni əsl kimliyinizi açıqladınız?

- İstənilən halda bunu sona qədər saxlaya bildim. Mən Rəşid adı ilə Azərbaycanın gənclərdən ibarət yığmasının heyətində seçmə mərhələnin oyunlarında iştirak etdim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail