Millimizin futbolçusu terrorçu qardaşından danışdı

14.11.2013 | 6360 dəfə oxunub

Azərbaycan millisinin sabiq üzvü Şamil Lahiyalov Rusiya mətbuatına geniş müsahibə verib. Stadium.az xəbər verir ki, şəxsi həyatından da danışan Şamil terrorçu qardaşından da bəhs edib: “Heç kimi mühakimə etmək istəmirəm. Hərənin öz yolu var. Qardaşım Murad da bu yolu seçdi. Bizim heç nədən xəbərimiz yox idi. O, nə işlə məşğul olduğunu demirdi. Bizi qorumaq üçün edirdi. Bilirdi ki, hər an onun arxasınca gələcəklər. 2005-ci lin oktyabrında binaların birində mühasirəyə düşdü. Polis və hərbiçilər içəri girməzdən əvvəl evə zəng edib. Mən məşqdə idim. Anam və kiçik qardaşımla danışıb, vidalaşıb. Onun sözləri belə olub: cənnətdə görüşərik. Ondan sonra atışma başlayıb. Dağıstanlı gənclər indi də meşələrə gedib, terrorçulara qoşulurlar. Bu işin sonunu görmürəm. Elə bir ailə yoxdur ki, bundan əziyyət çəkməsin. Qardaşın və ya oğlun getməyibsə, uzaq qohumlarından kimlərsə mütləq gedib. Adətən həmin adamlar öləndən sonra ətraflı məlumat üzə çıxır. “Dağdizel”in futbolçusu Rimixan Ziyadovla da bu cür olmuşdu”.

Dağıstanlı olan Şamil vaxtilə Azərbaycanın U-17 millisində, eləcə də, “Anji”, “Saturn”, “Terek” və “Şəfa”da oynayıb. Son klubu isə “Krılya Sovetov” olub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail