13-cü turun ən rəmzi komandası açıqlandı

14.11.2013 | 4678 dəfə oxunub

Azərbaycan Premyer Liqasında 13-cü turun rəmzi komandası məlumdur. Stadium.az xəbər verir ki, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyinə aşağıdakı futbolçular daxildir:

Qapıçı: Giorgi Lomaya (İnter)

Müdafiəçilər: Bruno Bertuççi (Neftçi), Alvarez Abrante (Bakı), Denis Silva (Neftçi), Maksim Medvedev (Qarabağ)

Yarımmüdafiəçilər: Etame Mbilla (Xəzər Lənkəran), Lukas Mario Horvat (Bakı), Rəşad Sadiqov (Neftçi), Araz Abdullayev (Neftçi)

Hücumçular: Cavid İmamverdiyev (Neftçi), Viktor İqbekoyi (AZAL)

Bədavi Hüseynov (Qarabağ) ən çox dəqiq ötürmə verən, Pərdis Fərcad-Azad (Sumqayıt) isə qapıya ən çox dəqiq zərbə endirən futbolçudur. Hava mübarizələrində Junior Nildo (Xəzər Lənkəran), rəqibdən top almaqda isə Şəhriyar Rəhimov (AZAL) hamıdan uğurlu olub. Nikola Valentiç (Qəbələ) 12 dəfə rəqib ötürmələrinin qarşısını kəsməklə fərqlənib. Ən çox qayda pozuntusuna yol verən Pərdis Fərcad-Azad (Sumqayıt), ən çox qayda pozuntusuna məruz qalan isə Rəşad Sadiqov (Neftçi) və Junior Nildodur (Xəzər Lənkəran).

Azərbaycan Premyer Liqasının 13-cü turunun ən yaxşı oyunçusu isə “İnter”in gürcüstanlı qapıçısı Giorgi Lomaya olub. Qeyd edək ki, cari mövsümdə buna qədər iki dəfə qapıçı Premyer Liqada turun ən yaxşı oyunçusu seçilib. 11-ci turda “Simurq”un qapıçısı Pavel Kapsa, 6-cı turda isə “Qəbələ”nin qapıçısı Dieqo Kosta turun ən yaxşı futbolçusu seçilib.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail