Federasiya prezidenti: “Dördlər finalı”na vəsiqə qazanmaq istəyirik” MÜSAHİBƏ

13.11.2013 | 4829 dəfə oxunub

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov affa.az saytına müsahibəsi:
 
- “Araz” gələn həftə UEFA kubokunun elit-raundu çərçivəsində oyunlar keçirəcək. Komanda turnirə necə hazırlaşır?
- Hazırlıq son mərhələyə çatıb. Komandaya 2 yeni futzalçı dəvət edilib - Moskva “Spartak”ındanAuqusto,“Tümen”dən isə Rafael Durval. Serjaonu da geri qaytamışıq. Çünki onun mövqeyində başqa futzalçımız yox idi. Serjao oyunlara 60-70 faiz hazırdır. Komanda gündə 2 dəfə məşq keçir. Əhval-ruhiyyə yüksəkdir. Hər kəs məsuliyyətini başa düşür və oyunlara ciddi hazırlaşır.
 
- Əsas mərhələ oyunları öncəsi komandanı 3 futzalçı tərk etmişdi. Onların yeri görünürmü?
- Onların yeri tam doldurulub. İtaliya yığmasının oyunçusu Fabian müdafiədə yüksək səviyyədə çıxış edir. Braziliyalı Edu da boşluqları doldurur. Komandada ciddi çatışmazlıq görmürəm.
 
- “Araz”ın qrupunda yer alan komandalar haqda nə deyə bilərsiniz?
- Elit-raunda zəif komandalar vəsiqə qazana bilmır. “Eyndhoven” Hollandiya çempionudur, “Gyor” da güclü komandadır. Meydan sahibi olan “Sportinq” isə Avropanın ən güclü “dördlük”ündə qərarlaşıb. Üstəlik, oyunlar da onların meydanında keçiriləcək.
 
- “Araz” 2010-cu ildəki nəticəsini təkrarlaya biləcəkmi?
- Lissabona məhz bu nəticə üçün yollanırıq. Üç illik fasilədən sonra yenidən “dördlər finalı”na vəsiqə qazanmaq istəyirik.  Məqsədimiz “dördlər finalı”nın ilk dəfə Bakıda keçirilməsidir. Artıq namizədliyimizi vermişik.
 
- “Dördlər finalı” Bakıda təşkil olunsa, oyunlar hansı idman qurğularında keçiriləcək?
- İki yerin adını qeyd etmişik. “Dördlər finalı”nı qəbul etsək, oyunları “Bakı Kristal Holl”da keçirəcəyik. Digər idman qurğusu isə Sərhədçi İdman Olimpiya Mərkəzidir.
 
- İki aydan sonra futzal üzrə milli komanda Avropa çempionatının final mərhələsində iştirak edəcək. Millinin hazırlıq planı necə olacaq?
- Antverpendə keçiriləcək Avropa çempionatına da ciddi hazırlaşırıq. Dekabrın 3-dən 13-dək İstanbulda 20-yə yaxın futzalçının iştirakı ilə təlim-məşq toplanışı təşkil olunacaq. Dekabrın 9-da və 11-də Türkiyənin futzal millisi ilə yoldaşlıq oyunu keçirəcəyik. Hazırlıq prosesində müəyyənləşdirəcəyimiz ən yaxşı 14 futzalçı qitə birinciliyinin final mərhələsinin hazırlığına başlayacaq. Avropa çempionatı öncəsi son hazırlıq prosesi yanvarın 15-dən 25-dək Serbiyanın paytaxtı Belqradda keçirəcək. Komanda Antverpen şəhərinə də oradan yollanacaq. Bundan başqa, dekabrın 3-dən 13-dək Bakıda, “ABU Arena”da U-21 yığmamızın təlim-məşq toplanışı olacaq. 25 futzalçı arasından əsas komanda üçün 12-14 namizəd futzalçı seçiləcək.
 
- Milli sonuncu dəfə Portuqaliya yığması ilə yoldaşlıq oyunları keçirib. Həmin qarşılaşmalar yığmada hansı işlərin görülməsini aktuallaşdırıb?
- Portuqaliya Futzal Federasiyası ilə yaxşı münasibətlərimiz var. Onlar bizimlə oynamaq istəyirdi. Bizim üçün də Avropanın ən güclü yığmalarından biri ilə qarşılaşmaq yaxşı təcrübə idi. Xüsusilə də ikinci oyunda yerli futzalçılara şans verdik. Bu cür oyunlar həmin futzalçıların təcrübə qazanmasında önəmli rol oynayır.
 
- Yığmanın qarşısına qoyulan məqsəd müəyyənləşdirilibmi?
- Məqsədimiz qrup mərhələsini adlamaqdır. Reqlamentə görə, 1/8 finalda bizim qrupda ikinci pilləni tutan komanda C qrupunun lideri ilə qarşılaşacaq. Həmin qrupda isə son Avropa çempionu İspaniya yer alıb. İspanlarla belə erkən qarşılaşmaq istəmədiyimizə görə, qrup mərhələsini birinci pillədə başa vurmalıyıq.
 
- Amma çətin qrupda yer aldığımızı da qeyd edək. İtaliya kimi güclü rəqibi üstələməliyik...
- Onlar da bu sözü bizim barəmizdə deyirlər. Çətin qrupda yer almışıq. Sloveniyanı da kənara qoymaq olmaz. Bu gün Sloveniya həm yığma, həm də klub səviyyəsində xeyli inkişaf edib. Demək olar ki, “ölüm qrupu”nda yer almışıq.
 
- Ölkə çempionatında da bu il gərginlik artıb. Xüsusilə də “Fenerbağça”nın gəlişi iddialı komandaların sayını artırıb.
- Bütün sahələrdə olduğu kimi, futbolumuzda da inkişaf göz qabağındadır. Ölkə başçısı cənab İlham Əliyevin idmana diqqət və qayğısı bu sahənin inkişafına təkan verib. AFFA rəhbərliyi futbolumuzun inkişafı üçün böyük işlər görüb və görməkdədir. Futbolun bütün sahələrində görülən işlər və nəticələr göz qabağındadır. Fürsətdən istifadə edib AFFA prezidenti Rövnəq Abdullayevə federasiyamız adından təşəkkürümüzü bildiririk. Görülən işlərin nəticəsidir ki, futbolumuz qısa vaxt ərzində bu səviyyəyə çatıb. Artıq futbolda olduğu kimi, futzal çempionatında da çempionluq uğrunda mübarizə son tura qədər davam edir. Bu gün çempionluğa 4 real namizəd var. “Baku Fire” də artıq yüksək səviyyədə oyun nümayiş etdirir. Azarkeşlər xüsusilə də derbi oyunlarında “ABU Arena”nı tamamilə doldurur. Onlarda oyunlara marağın artması bizi sevindirir. Növbəti il çempionatı bundan da yüksək səviyyədə keçirməyi planlaşdırırıq.
 
- Futzal üzrə yüksək liqa ilə yanaşı, I və II dəstə, eləcə də həvəskarlar liqası təşkil edilir. Komandaların sayının artmasını futzalın kütləviliyinə bir işarə hesab etmək olarmı?
- Daxili yarışlarda 65 komanda gücünü sınayır. U-15 liqası da keçirilir. Klubların sayının artması futzalımız üçün inkişafdır. Çünki seçim imkanı genişlənir. Qeyd etdiyim kimi, U-21-ə də 25 futzalçı dəvət edilib və seçim işləri aparılacaq.
 
- Ənənəvi Bakı Beynəlxalq Futzal Turniri nə vaxt keçiriləcək?
- “Araz”ın oyunları bitdikdən sonra yığmanın hazırlığı başlayacaq. Vaxtımız azdır. Turniri hər il yanvar ayında keçirirdik. Gələn il də yarış təşkil ediləcək. Yadınızdadırsa, ilk vaxtlar yarışı Novruz bayramı ərəfəsində keçirirdik. Növbəti turnir də həmin vaxtda baş tutacaq.
 
- İştirakçı komandalarla bağlı nə kimi dəyişikliklər ediləcək?
- Hər dəfə 8-10 federasiyaya dəvət göndəririk. Turnirə bir ay qalmış iştiraklarını təsdiqləyən komandaların adları mətbuata açıqlanacaq.
 
- Yeri gəlmişkən, futbol üzrə milli komandanın son seçmə mərhələdəki çıxışı ilə bağlı da fikirlərinizi bilmək maraqlı olardı?
- Bir azarkeş kimi milli ilə yanaşı, “Neftçi”nin də oyunlarında iştirak edirəm. Şimali İrlandiya yığması ilə oyundakı qələbə, Rusiya və İsrail milliləri ilə oyunlardakı heç-heçələr bizi sevindirdi. Bu nəticələr millimizin inkişafının göstəricisidir. Klublarımızın gördüyü işlər, turnirlərdə iştirak etməsi müsbət məqamdır. Amma milli komanda daha vacibdir. 4-5 il əvvəl futbolumuzda başlanan islahatlar bu gün bəhrəsini verir. Buna sevinməli və AFFA rəhbərliyinə dəstək olmalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail