Vaqif Cavadov Foqts barədə nələr dedi?

13.11.2013 | 4186 dəfə oxunub

Milli komandamızın futbolçusu Vaqif Cavadov Estoniya və Qırğızıstanla yoldaşlıq oyunları haqqında fikirlərini bildirib: Mövsüm davam edir. Bizim bu il son 2 oyunumuzdur. İstəyirik ki, millidə ili yaxşı əhval-ruhiyyədə başa vuraq. Şimali İrlandiya və Rusiya ilə görüşlərdə pis nəticə qazanmadıq. Bu dəfə yoldaşlıq oyunlarına çıxsaq da, inanıram ki, qələbələrlə evə dönəcəyik. Bu haqda çox müzakirələr gedir. Foqtsun qalıb-qalmamasını biz futbolçular müəyyənləşdirmirik. Əlbəttə ki, başqa əcnəbi məşqçinin gəlməsindənsə, onun qalması daha yaxşı olar. Yekun qərarı AFFA rəhbərliyi verəcək. İnanıram ki, bu yöndə düzgün qərar qəbul olunacaq. Əminəm ki, kim milliyə baş məşqçi təyin olunsa, Azərbaycan futbolunun inkişafı üçün çalışacaq. Biz futbolçular da bunu istəyirik ki, ən düzgün seçim aparılsın. Əsas hədəfim yaxşı oyun göstərmək və beləcə qələbə qazanmaqdır. Mən və bütün uşaqlar bunu istəyir. Əks-hücum taktikası seçəcəyimizi deyə bilmərəm. Çünki baş məşqçi hələ taktiki göstərişlərini verməyib. Bu, oyundan bir gün öncə bilinəcək. Baxmayaraq ki, Estoniya millisi seçmə mərhələdə zəif çıxış etdi, ancaq deyə bilərəm ki, bu, yaxşı komandadır. Mübarizə aparmağı sevən kollektivdir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail