Syomin "Xəzər Lənkəran"la oyundan danışdı

10.11.2013 | 4452 dəfə oxunub

Topaz Premyer Liqasının 13-cü turunda “Xəzər Lənkəran” doğma meydanda “Qəbələ” ilə qarşılaşdı. Stadium.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatdı – 0:0. Oyundan sonra “Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin matçı belə dəyərləndirdi: “Çətin oyun oldu. Bu cür hava şəraitinə uyğun olaraq meydanda mübarizə çox oldu. Rəqiblərdən heç biri güzəştə getmədi. Əsasən güc futbolu izlədik. Oyunda iki futbolçumuzu zədə səbəbindən itirdik, fikrimcə, ciddi zədələri var. Bu şəraitə görə nəticəni qənaətbəxş hesab edirəm. Oyun boyu müdafiədə oynamırdıq. “Xəzər Lənkəran”ın hər hücumuna əks-hücumla cavab verirdik. Daha çox uzun ötürmələrdən istifadə edirdik. Bəzi hallarda hücumçular – nə Kamanan, nə də Mendi topu saxlaya bilmirdilər. Subotiç bacardığı qədər oynayırdı, Ebesilio oyuna yüksək hərarətlə çıxmışdı, ona görə ancaq bir hissə oynadı. Sadiq Quliyevin effektli oynaması ilə razıyam, öz mövqeyində yaxşı idi. Oyuna baxanda, qol vurmaq üçün yaxşı şanslarımız var idi. Bütün əvəzetmələrdən istifadə etdiyimiz üçün Ürfan Abbasovun zədələnməsindən sonra oyunun son dəqiqələrini 10 nəfərlə başa vurduq. Riskə getdik, heç-heçəni qoruduq. Meydançanın vəziyyəti baxımlı oyun üçün əlverişli deyildi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail