Əfran İsmayılov: "Qalib gələ biləcəyimiz halda xal itimişik"

08.11.2013 | 5397 dəfə oxunub

Topaz Premyer Liqasında 13-cü turun əsas oyunlarından olan “Neftçi” – “Bakı” matçı son oyun günündə baş tutacaq. Stadium.az xəbər verir ki, turnir cədvəli baxımından qonşu pillərdə qərarlaşan hər iki komandaya bu oyunda xal qazanmaq vacibdi.
 
Saytımıza açıqlamasında “Bakı”nın yarımmüdafiəçisi Əfran İsmayılov derbi öncəsi fikirlərini bildirib: “Neftçi” ilə oyun çox ağır keçəcək. Çünki rəqib turnir cədvəlinin liderlərindəndi. Turnir cədvəlində mövqelərimiz baxımından qələbə hər iki komandaya vacibdi. Nəticə necə olacaq, deyə bilmərəm. Çünki proqnoz vermək çox çətindi. Baxmayaraq ki, ilk oyunda 3:0 hesabı ilə qələbə qazanmışdıq, arxayınlaşmaq olmaz. Rəqibin gücü və potensialı göz önündədi. Maraqlı mübarizə olacaq”.
 
İsmayılov komandasının son oyunlarda xal itirməsinə də şərh verib: “Düzdü, elə oyunlar olub ki, qalib gələ biləcəyimiz halda xal itimişik. Bu da ondan irəli gəlir ki, komanda hələ tam komplektləşməyib. Yeni baş məşqçinin gəlişindən sonra komanda yavaş-yavaş özünə gəlir. İnşallah yaxın zamanlarda komanda əvvəlki gücünə qayıdacaq”.
 
Baş məqşçi haqda da danışan Əfran Milinko Pantiçi yerə-görə sığdırmadı: “Pantiç yaxşı məşqçiliklə yanaşı, həm də çox yaxşı insandı. Onun gəlişindən sonra komandada yeni ab-hava yaranıb. Ümid edirəm ki, hər şey daha da yaxşı olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail