Sadıq Sadıqov Tərlanın cavabın verdi ÖZƏL

08.11.2013 | 7665 dəfə oxunub

Super Kubok oyununda “Xəzər Lənkəran”a məğlub olan “Netçi”nin məşqçilər korpusu istefaya göndərildi. Bundan sonra məşqçilər sükutu qoruyurdu. Ancaq “İnterAz” televiziyasının qonağı olan Tərlan Əhmədov “Neftçi” haqda şok sayılacaq açıqlama verib. Əhmədov bildirib ki, onu “Neftçi”yə klubun prezidenti Sadıq Sadıqov yox, PFL prezidenti Ramin Musayev gətirib. Elə bu səbəbdən “Neftçi”nin prezidenti Sadıq müəllimlə əlaqə saxladıq. Hacı olan klub prezidenti bu məsələyə təmkinini pozmadan, çox səbrlə cavab verdi: “Tərlan Əhmədovun “İnterAz” televiziyasındakı müsahibəsini gördüm. Çox məyus oldum, çünki buna inanmaq bir qədər çətindir. Özünü haq və ədalət tərafdarı kimi göstərən bir Hacı qardaşımızın bu dərəcədə böhtan və qiybətinə inanmaq istəmədim. Ancaq görüntülər haqdır, bu sözləri məhz Tərlan deyib. Tək Allah şahiddir ki, onu “Neftçi”yə kim gətirib. Tərlan Hacıdır, haqsız danışmamalıdır. “Neftçi”nin prezidenti Ramin Musayev yox, Sadıq Sadıqovdur. “Neftçi”yə gələn bütün işçiləri özümüz seçirik, heç kimin də fikrinə ehtiyacımız yoxdur. Şükür olsun Allaha ki, ağlımız başımızdadır. İndi baş məşqçimiz olan Nazim Süleymanov da, ondan əvvəlki Böyükağa Hacıyev də, Hacıyevin köməkçisi Tərlan Əhmədov da məhz mənim isdəyimlə “Neftçi”yə gəlib. Tərlanı məhz ona görə seçmişdim ki, mömin insan idi, xasiyyəti mənə uyğun gəlirdi. Bu məhərrəmlik ayında kiminsə haqqını yemək, onun barədə yalan danışmaq böyük günahdır. Qurani Kərimdə də buyrulur ki, qiybət etmək olmaz. Tərlan bir Hacı, mömin qardaş kimi haqsız danışmamalıydı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail