"Azərbaycanda İsveçlə müqayisədə fərqli futbol oynanılır”

04.11.2013 | 4652 dəfə oxunub

"Rəvan”ın yayda heyətinə qatdığı Fredrik Holster İsveç mətbuatına müsahibə verib. Stadium.az xəbər verir ki, əvvəlcə "Rəvan”a gəlişi haqda danışan sarışın futbolçu deyib: "Sunsvall”da müəyyən dövrə qədər hər şey məni qane edirdi. Ancaq sonradan vəziyyət dəyişdi. Rəhbərliklə münasibətlərim korlandı. Sonradan öyrəndim ki, haqqımda bəzi əsassız şayiələr yayıblar. Guya mən bir başqa klubun məşqçiləri və futbolçuları ilə dalaşmışam. Bütün bunlar məni komandadan ayrılmağa məcbur etdi. Belə bir məqamda "Rəvan” variantı ortaya çıxanda sevindim. Onsuz da karyeramı vətəndən kənarda davam etdirmək istəyirdim. Rəhbərliklə söhbətləşəndən sonra qərarımı qətiyyətləşdirdim”.

Holster Azərbaycan və İsveç arasındakı fərqlərdən də danışıb: "Fərqlər çoxdur. Demək olar, bütün yaşam sahələrində fərq var. Ən əsası mədəniyyət fərqini qeyd etməliyəm. Sanki yeni dünyaya düşmüşəm. Amma əyləncəlidir. Azərbaycanda asanlıqla ingiliscə kiminləsə danışa bilərsən. Amma rus dili daha populyardır. Azərbaycanda çay çox içilir. Mən də yavaş-yavaş buna alışıram. Bakıda pul qazanmaq asandır. Bunu bacarmırsansa, tənbəlsən, günahkar özünsən”.

Müsahibənin sonunda isə Fredrik "Rəvan”ın Topaz Premyer Liqasındakı çıxışı barədə də söhbət açıb: "Düzdür, nəticələr ürəkaçan deyil. Amma heyətdə potensiallı uşaqlar, səviyyəli futbolçular çoxdur. Ümid edirəm ki, işlərimiz qaydasına düşəcək. Azərbaycanda İsveçlə müqayisədə fərqli futbol oynanılır. Bizdə kollektiv oyun hər şeydən üstündürsə, Azərbaycanda fərdi keyfiyyətlərlə də seçilmək olar. Oynanılan futbol texniki cəhətdən mənə uyğundur. Ona görə də özümü göstərəcəyimə ümidliyəm. Mövsüm bitəndən sonra da bəlkə elə Azərbaycanda qalıb oynadım”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail