Saşa Yunisoğlu: "Qolu mən vurmamışam" ÖZƏL

04.11.2013 | 5405 dəfə oxunub

Türkiyə PTT birinci liqasında 11-ci turun oyunları çərçivəsində həmyerlilərimiz Saşa Yunisoğlu və Arif İsayevin çıxış etdikləri "Dənizlispor" səfərdə "Karşıyaka"nın qonağı olub. Stadium.az xəbər verir ki, Arif əvvəldən sona kimi ehtiyatda qaldığı halda, Yunisoğlu 90 dəqiqə meydanda olub. Oyun "Dənizlispor"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bəzi mənbələrdə Dənizli təmsilçisinə qələbə gətirən qolu Saşa Yunisoğlunun vurduğu qeyd olunurdu. Hətta Türkiyə Futbol Federasiyasının rəsmi saytı da belə yazmışdı. Amma Stadium.az daha etibarlı "Sporx.com"a inananaraq "Dənizlispor"un 90+2-də vurduğu qolu Ahmet Arının ötürməsindən sonra Barışın vurduğunu yazmışdı. Məsələyə tam aydınlıq gətirmək üçün bu gün Yunisoğlunun özüylə danışdıq: “Qardaş, qol hara, mən hara (gülür). Qolu mən yox, komanda yoldaşım Barış vurdu. Əsas olan qolu kimin vurması yox, komandamızın son saniyədə qol vuraraq qələbə qazanması idi”.

Saşa oyun barədə də danışdı: “Səfərdə oyunun çox çətin olacağını bilirdik, yaxşıda hazırlaşmışdıq. Rəqibin üstünlüyü o idi ki, turnir cədvəlində bizdən üstün idilər və doğma meydanda oynayırdılar. Azarkeşləri də stadionu doldurmuşdu. Amma biz çox yaxşı mübarizə apardıq və layiqli qələbə qazandıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail