Azərbaycan Premyer Liqasında yeni rekord

04.11.2013 | 4321 dəfə oxunub

Premyer Liqada mövsümün yeni rekordu qeydə alınıb. Stadium.az xəbər verir ki, çempionatın 12-ci turunda qapılara ümumilikdə 22 qol vurulub. Belə ki, azarkeşlər “Bakı” - “Simurq”, “İnter” - “Rəvan” və “Neftçi” - “Xəzər Lənkəran” görüşlərinin hərəsində 5 qola şahidlik edib. Bu matçlardan sonuncusunda 4:1, digər ikisində isə 3:2 hesabı qeydə alınıb. Hər 3 görüşdə meydan sahibləri qalib gəlib. “Sumqayıt” - AZAL oyunu qolsuz bitdiyi turun son görüşü daha məhsuldar alınıb. “Qarabağ” “Qəbələ”ni məğlub edib - 4:3. Bununla da 16 qolun vurulduğu 6-cı turun rekordu qırılıb.

Bu tur orta məhsuldarlıq 4,40-a bərabər oldu. Bu nəticə də son 6 mövsüm üçün mütləq rekorddur. 2008/09 mövsümünün startından indiyədək ən yüksək məhsuldarlıq 4-ə bərabər idi. 2009/10 mövsümümün 6-cı, 2012/13 mövsümünün 31-ci turunda 6 oyuna 24 qol vurulmuşdu. İndi həmin turlarla müqayisədə 2 qol az vurulsa da, bu 6 deyil, 5 matçda gerçəkləşib.

Tur  Qol sayı

1      15

2      14

3      14

4      11

5      10

6      16

7      11

8      2

9      12

10    14

11    7

12    22

Cəmi:      148





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail