Vaqif Sadıqov: "Qələbəyə yaxın idik"

03.11.2013 | 4411 dəfə oxunub

“Növbəti oyunlarda mütləq qələbə qazanıb psixoloji vəziyyətimizi düzəltməliyik. Komanda əlindən gələni etdi, qələbəyə yaxın idik. Yolumuza davam edirik". Stadium.az xəbər verir ki, bu sözləri "Sumqayıt"la oyundan sonra AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib. Təcrübəli mütəxəssis qeyd edib ki, hazırki çempionatda autsayder yoxdu: "Komanda üzvlərini fərqləndirmək istəmirəm. Zədəli futbolçular tədricən heyətə dönür. İlk hissədə qol epizodlarımız oldu, hər iki komanda qələbə qazanmaq istəyirdi. Komandamızın yarısı yox idi, hücumçusuz oynayırdıq. Bu gün çempionatda autsayder sayıla biləcək komanda yoxdur. “Sumqayıt” “Qəbələ”ni məğlub edib, “Neftçi” və “Xəzər Lənkəran”dan xal alıb. Bugünkü oyunda xal itirdiyimizi düşünürəm. “Sumqayıt” çox yaxşı komandadır, futbolçuları bir çox məşqçilərin diqqət mərkəzindədir. Cinah oyunçularımızı, hücumçu və yarımmüdafiəçilərimizi əvəzləyə bilmərik. İqbekoyi artıq neçənci oyundur ki, hücumçu mövqeyində oynayır. Oskars Klava 4-cü sarı vərəqə almaqla “Qarabağ”la oyun öncəsi bizi pis vəziyyətə qoydu”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail