Sadıq Sadıqov: “Bunu “Neftçi”dən gözləmirdim” MÜSAHİBƏ
“Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun Stadium.Az saytına müsahibəsi:
- Bizim üçün gözəl qarşılaşma oldu, oynadıq və
layiqli qələbə qazandıq.
- Komandamdan belə inamlı qələbə gözləmirdim.
Naxçıvanda bu komandaya uduzduqdan sonra, futbolçularda psixoloji gərginlik
vardı. Yəni Super Kubokdakı məğlubiyyəti heç çür qəbul edə bilmirdilər. Bu gün
isə belə böyük hesablı qələbə ağlımıza gəlmirdi. Hardasa 2:1, 1:0 hesablı
qalibiyyət planlaşdırırdıq. “Xəzər Lənkəran” “Neftçi”nin əzəli rəqibidir. Bu
komandaların oyunu həmişə böyük ajiotajlı olub. Bu gün də şans “Neftçi”nin
yanında, biz layiqli qələbə qazandıq.
- Oyundan əvvəl “Neftçi”nin baş məşqçisi Nazim
Süleymanov “Xəzər Lənkəran”la matçın sıradan bir təqvim qarşılaşması olduğunu
bildirmişdi. Bəs siz necə yanaşırdız?
- Doğurdan da, elədir. Nazim müəllim çox peşəkar
məşqçidir, hər oyuna olduqca ciddi yanaşır. Götürək “Simurq”la oyunu. Meydana o
qədər arxayın çıxmışdılar ki, boş qapıya da topu vura bilmirdilər. Bax bu
oyundakı inamlı qələbə, o “sıradan oyundur” deməsinin nəticəsidir.
- “Neftçi”yə prezident seçiləndən həmişə
demisiz ki, ancaq yerli məşqçilərlə işləyəcəksiz. Bu dəfə də sözünüzün üstündə
duraraq Nazim Süleymanova etmiad göstərdiz. Niyə məhz Nazim müəllim?
- Nazim Süleymanovu çoxdan tanıyıram. 5-6
ildir onunla çox gözəl münasibətlərimiz vardı. Böyükağa Hacıyev yenə də
komandamızdadır. Ancaq özünə vaxt ayırmalıdır ki, səhətində yaranan o problemlər
bir daha yaşanmasın. Nazim müəllim 4 ildir milli komandanın baş məşqçisi olan -
burada heç kimi bəyənməyən Berti Foqtsun köməkçisi işləyib. Özünüz də gördüz
ki, “Neftçi” Naxçıvandakı oyunla müqayisədə, bu gün tam fərqli futbol sərgilədi.
- Nazim müəllim komandada ciddi dəyişikliklər
istəsə, ona bu şans yaradılacaq?
- Nazim müəllim komandaya gələndə dedi ki, tam
hazır heyətimiz var. 3 il çempion olmuş, Avroliqada oynayan, kubok qazanan bir
komandaya gəlib. Ötən mövsümlə müqayisədə heyətdən yalnız Nikolas Kanales
gedib. Yerinə Nfor, Platye, Kardoso gəlib. Nfor bu gün qol açılışın etdi,
penalti qazandırdı. Məncə oyunu getdikcə daha yaxşı alınacaq. Karlos Kardosoda
müdafiədəki inamlı çıxışı ilə bu komandaya layiq olduğunu sübut edir. Platyedə
bir qədər problem var. Bu da ondan irəli gəlir ki, Melvin bir qədər özünə
qapanan insandır. O, avropa səviyyəli oyunçudur. İnanıram ki, 2 aydan sonra
Platye adaptasiya prosesini başa vuracaq. Gənc oyunçudur, qarşıda ondan çox şey
gözləyirik.
- Platyenin komandadan göndəriləcəyini demək
olar?
- Yox, Melvin “Neftçi”də qalacaq.
- Böyükağa Hacıyevlə Nazim Süleymanov arasında
mübahisə olubmu?
- Nazim Süleymanovun “Neftçi”yə gəlişi söhbətini 2 ay əvvəl danışmışdıq. Bizdən möhlət aldı ki, millinin Şimali İrlandiya və Rusiya ilə oyunlarından sonra bu iş baş tutsun. Böyükağa müəllim bu gün yanımdadır, komandanın da heç bir işinə qarışmır. Sözünə düz adamdır, kişi kimi istefa barədə dedi, getdi. Bu gün yanımdadır və lazım olanda, işlərdə mənə kömək edir, suallarımı cavablandırır. Komandaya kim gələcək, kim gedəcək, bu məsələlər “Neftçi”də sırf prezidentin səlahiyyəti daxilindədir. Nazim müəllimə köməkçi lazım idi, Səmədağa Şıxlarovu gətirdi. Bundan sonra özünə yenə köməkçi lazım olduğunu düşünsə, ürəyi istəyən insanı da gətirəcək. Çünki komandanın yükü onun üstündədir, nəticələrə o cavabdehdir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |