Toşak "Xəzər Lənkəran"ı "yıxıb sürüdü"

"Bu cür nəticələrlə I Diviziona düşməsək yaxşıdır"

02.11.2013 | 4310 dəfə oxunub

"Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak Topaz Premyer Liqanın 12-ci turunda "Neftçi"yə böyükhesabla məğlub (1:4) olduqları oyun haqda danışıb. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının oyunundan kəskin şəkildə şikayətlənib: “Bu gün kişilər yeniyetmələrə qarşı oynadılar, hesabın ədalətli olduğunu düşünürəm. Qapımızdan ilk qolu buraxdıqdan sonra Zohair Benuahinin qol imkanı oldu, lakin qapıya zərbə endirmək əvəzinə nə üçün ötürmə verdiyini anlamıram. Qapıçı ilə təkbətək çıxırsa, özü qol vurmalıdır. Mənə “Neftçi”nin ilk qolu oyundan kənar vəziyyətdən vurduğunu dedilər. Bu cür nəticələrlə I Diviziona düşməsək yaxşıdır. İndi bu barədə daha çox düşünrəm".

Toşak "Xəzər Lənkəran" bu məğlubiyyətin səbəbini futbolçularında görüb: “Belə oynamağımızın səbəbini yeniyetmə futbolçularımızdan soruşmaq lazımdır. Komanda çox bərbad oynadı. Qapıçı ilə təkbətək epizodda qol vura bilmiriksə, nə deyim? Rasim Ramaldanov milli komanda üzvüdür, 11 metrlik cərimə zərbəsi epizodunda uşaq səhvi etdi. Milli komandanın oyunçusu gülməli vəziyyətdə qayda pozuntusuna yol verdi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail