“Santyaqo Bernabeu”da 46 ildən sonra 10 qol

31.10.2013 | 4203 dəfə oxunub

İspaniyanın “Real Madrid” futbol klubuna məxsus “Santyaqo Bernabeu” stadionunda 46 ildən sonra qapılara 10 qol vurulub. Lent.az-ın məlumatına görə, bu, “kral klubu”nun “Sevilya” ilə oktyabrın 30-da keçirdiyi ölkə çempionatı matçında baş verib.

Meydan sahiblərinin 7:3 hesabı ilə qalib gəldiyi oyunda 3 penalti və 1 qırmızı vərəqə də qeydə alınıb. İlk 2 qolu 13 və 27-ci dəqiqələrdə “Real Madrid”in supertransferi və dünyanın ən bahalı futbolçusu Qaret Beyl vurub. “Kral klubu”nun ən çox qazanan oyunçusu Kriştianu Ronaldu isə “het-trik” edib. O, 32-ci dəqiqədə penaltidən, eləcə də 60 və 71-ci dəqiqələrdə fərqlənib. Mərkəz hücumçusu Kərim Benzema isə 53 və 80-ci dəqiqələrdə vurduğu qollarla “dubl” edib.

“Sevilya”dan isə İvan Rakitiç 38-ci dəqiqədə penaltidən və 63-cü dəqiqədə, həmçinin Karlos Bakka 40-cı dəqiqədə fərqlənib. Lakin Rakitiç 74-cü dəqiqədə daha bir penaltini boşa verib. 76-cı dəqiqədə isə qonaq komandanın futbolçusu Stefan Mbia qırmızı vərəqə alıb.    

Möhtəşəm qələbə sayəsində xallarını 25-ə çatdıran “Real Madrid” 3-cü, “Sevilya” isə 13 xalla 11-ci yerdə qalıb. Digər tərəfdən, Ronaldu 11 qolla bombardirlər siyahısında “Atletiko”nun hücumçusu Dieqo Kostanın liderliyinə şərik olub. Qeyd edək ki, sonuncu dəfə “Santyaqo Bernabeu”da 10 qol 1967-ci ildə “Real Madrid” – “Real Sosyedad” matçında vurulub – 9:1.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail