Syomin: "Görün, biz azarkeşlərdən, futboldan nə qədər vaxt “oğurlamışıq?

29.10.2013 | 4988 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Yuri Syomin futbolda böyük təcrübəyə malik insan kimi təkcə oyun planında deyil, müxtəlif mövzularda dəyərli fikirləri ilə diqqət mərkəzinə düşür. Stadium.az xəbər verir ki, 2013-2014 mövsümünün startından ölkəmizdə fəaliyyət göstərən rusiyalı mütəxəssis açıqlamalarında Premyer Liqanın səviyyəsindən razı qaldığını bildirsə də, çatışmazlıqların olduğunu da gizlətmir. Artıq ölkə futboluna bələd olan çalışdırıcıdan çatışmazlıqlar barədə fikrini öyrəndikdə, oyunlar zamanı "Fair Play" qaydalarının tətbiqindəki problemləri xüsusilə qabartdı. "gabalafc.az" eksklüziv açıqlamasında Yuri Syomin bu barədə fikirlərini belə izah etdi: "Bu məsələ ilə bağlı futbolçularıma verdiyim tövsiyələr haqda sizləri məlumatlandırmaq istəyirəm. Biz  “Fair Play” qaydalarını  alqışlayırıq, ona tabe oluruq. Ancaq bu prosesdə futbolçuların söz sahibi olmasına qarşıyıq. Həm “Fair Play”i, həm də oyunun dayandırılmasını hakim müəyyənləşdirir. Meydanda futbolçular arasında mübarizə çərçivəsində  toqquşma olanda, biz oynamağa davam edirik. Fərqi yoxdur, bu, bizim, yoxsa rəqibin futbolçusudur. Mən bunu ilk növbədə azarkeşlərə görə deyirəm. Futbolsevərlər stadiona oyunçunun yerdə yıxılıb qalmasını,  bir  dəqiqə sonra isə heç nə olmamış kimi mübarizəni davam etdirməsini izləmək üçün gəlmirlər. Belə hallar olanda, oyunu dayandırmağa məcburuq. Məsələn, “Sumqayıt”la səfər matçımızda 12 belə dayanma olmuşdu. Hər epizodu 40 saniyə ilə götürək, görün, biz azarkeşlərdən, futboldan nə qədər vaxt “oğurlamışıq? Təbii ki, ciddi zədələnən futbolçu olan zaman bunu hətta tribunadakı azarkeşlər də görürlər və belə məqamda oyunun dayandırılması normaldır”.

Baş məşqçi həm Premyer Liqamızda, həm də öz komandasında sürəti artırmalı olduqlarını bildirib. Syominin sözlərinə görə, hakimin fiti olmadan topu kənara çıxarmaq oyunun tempini aşağı salır: “Toqquşmadan asılı olmayaraq top bizdədirsə, mübarizəni davam etdirəcəyik. Hakim oyunu dayandırarsa, bu, onun hüququdur. Ancaq dayandırmazsa, biz bunu etməyəcəyik. Çünki hakim fitini verməmiş oyunu saxlamaq düzgün deyil. Nə FİFA, nə də beynəlxalq qaydalarda var ki, oyunçular ya komanda yoldaşı, ya da rəqib yerə yıxılanda oyunu dayandırmaqla bağlı özləri qərar versinlər. Futbolçunun buna ixtiyarı yoxdur. Digər komandaların məsələyə münasibətinə gəlincə, bu, artıq onların öz işidir. Bizimlə oyunda necə istəyirlər, elə də etsinlər. Ona görə digər komandalara müraciət edirik ki, biz hakimin fiti olmadan oyunu saxlamayacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail