"Rubin"in futbolçuları azarkeşlərlə dalaşdılar

29.10.2013 | 4445 dəfə oxunub

Milli komandamızın üzvü Ruslan Abışovun çıxış etdiyi "Rubin" klubunun 2 futbolçusu Oleq Kuzmin və Aleksandr Prudnikov qalmaqal iştirakçısı olub. Stadium.az xəbər verir ki, oktyabrın 25-də axşam saatlarında adıçəkilən futbolçular azarkeşlərlə əlbəyaxa olublar. Hadisə şahidlərindən biri olayı belə anlatıb: "Saat təxminən 8 idi. Biz "Basta" qrupunun konserti üçün növbədə dayanmışdıq. Gözlənilmədən girişdə səs-küy yarandı. Baxarkən Aleksandr Prudnikovu dərhal tanıdım. O, normal şəkildə klubdan çıxdı. Ardınca isə mühafizəçilər yüngül formada desəm, Oleq Kuzmini bayıra atdılar. İçəri daxil olduqdan sonra mühafizəçidən nə baş verdiyini soruşdum. O dedi ki, futbolçuları tanıyan azarkeşlər "Rubin"in uğursuz çıxışı ilə bağlı futbolçulara suallar veriblər. Bundan sonra tərəflər arasında əvvəlcə mübahisə, sonra isə dava düşüb". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail