Dünya çempionatında tarixi uğur

26.10.2013 | 5478 dəfə oxunub

Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə dünya çempionatında Azərbaycan milli komandası uğura imza atıb. Lent.az-ın məlumatına görə, yığmamız mötəbər yarışı 2 qızıl, 1 bürünc medalla başa vurub. Qızıl medallara Cavid Çələbiyev (56 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) layiq görülüb. Bürünc medala isə Teymur Məmmədov (91 kq) sahib çıxıb. Çələbiyev finalda rusiyalı Vladimir Nikitini üstələyərək, karyerasında ilk dəfə dünya çempionu olub. Məcidov isə qazaxıstanlı İvan Dıçkoya qalib gəlib. Bu görüşün ilk 2 raundunda hakimlər qələbəni Dıçkoya versələr də, növbəti raundda boksçumuz rəqibini nokauta salıb. Onun ilk zərbəsindən sonra yerə yıxılan Dıçko ayağa qalxmağı bacarsa da, növbəti zərbədən sonra tam təslim olub. Bununla da Məcidov karyerasında ikinci dəfə dünya çempionu olmaqla yanaşı, Qazaxıstandakı mundialda yeganə nokautun müəllifi olub. Qeyd edək ki, final döyüşlərini Qazaxıstan prezidenti Nursultan Nazarbayev də izləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail