"Qalatasaray"ın istədiyi futbolçuya 17 milyon avro qiymət qoyuldu

25.10.2013 | 4642 dəfə oxunub

"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini Aleksandr Kolarovun ardınca daha bir sabiq futbolçusunu İstanbulda görmək istəyir. Stadium.az xəbər verir ki, italiyalı mütəxəssis "Mançester Siti"nin üzvü Edin Dzekonun transferində maraqlıdır. "Qalatasaray"ın prezidenti Ünal Aysal da bosniyalı ulduzu komandasında görmək istədiyini gizlətmir. "Cim-Bom" artıq Dzekonun keçidi ilə bağlı "Mançester Siti"yə müraciət etsə də, aldığı cavabdan şok olub. Belə ki, "şəhərlilər" Dzekoya görə 17 milyon avro tələb edir. Təbii ki, bu rəqəm də heç cür "Qalatasaray" rəhbərliyini qane edə bilməz. Odur ki tərəflərin yenidən danışıqlar masası arxasına əyləşəcəyi gözlənilir. Lakin Dzeko özü hələ ki "Mançester Siti"ni tərk etmək barədə düşünmədiyini bildirib: "Hazırda "Mançester Siti"nin futbolçusuyam və burada olmaqdan məmnunam. Ən azı cari mövsümün sonuna kimi komandada qalacağam. Yayda nələr olacağını isə zaman göstərəcək". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail