“Xəzər Lənkəran” və “Neftçi”nin Naxçıvanda birgə ziyarəti

22.10.2013 | 5485 dəfə oxunub

Oktyabrın 23-də keçiriləcək futbol üzrə Azərbaycan Superkuboku uğrunda oyun öncəsi “Xəzər Lənkəran” və “Neftçi” klubları bir araya gəlib. Bu barədə Lent.az-a Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat katibi Rafael Bünyatov məlumat verib. Onun sözlərinə görə, hər iki komanda Heydər Əliyevin abidəsini birgə ziyarət edib. Bünyatov matça hazırlıq işlərinin yüksək səviyyədə görüldüyünü də vurğulayıb: “Naxçıvanda bu oyunu böyük səbirsizliklə gözləyirlər. Satışa çıxarılan 11 min bilet təkcə Muxtar Respublikanın paytaxtına yox, rayonlarına da göndərilib”.   

Bununla yanaşı, matçın keçiriləcəyi İbrahimxəlil Axundlu adına şəhər stadionunda əvvəlcə “Xəzər Lənkəran”, ardından “Neftçi”nin məşqi baş tutub. Lənkəran təmsilçisinin məşqini klubun vitse-prezidenti Tuyqun Nadirov da izləyib. Naxçıvandakı mənbələrdən Lent.az-a bildirilib ki, sabahkı matçı klubun fəxri prezidenti Mübariz Mənsimovun da izləyəcəyi gözlənilir. “Neftçi”nin məşqinə isə Bakıdan gələn 10-dək azarkeş və klubun prezidenti Sadıq Sadıqov tamaşa edib. 

Naxçıvan Futbol Federasiyasının baş katibi Hafiz Əliyev Lent.az-a açıqlamasında oyun zamanı təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə görüləcəyini söyləyib. Onun sözlərinə görə, 12800 nəfərlik stadion oyuna tam hazırdır. Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” matçı sabah saat 15:00-da başlanacaq. Qalib komandaya 100 min manat, uduzana isə 50 min manat mükafat veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail