Hakimə hədə-qorxu gələn futzalçıya 10 oyunluq cəza

22.10.2013 | 4500 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Stadium.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

19 oktyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin X turunun “Bakı” –  AZAL matçında AZAL klubunun 4  futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

18 oktyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun VI turunun “Energetik” – “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

18 oktyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun VI turunun “Lokomotiv” – “Şəmkir” oyununun 60-cı dəqiqəsində “Şəmkir” klubunun 31 №-li futbolçusu Asif Əhmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1). Matçın 62-ci dəqiqəsində “Şəmkir” klubunun 11 №-li futbolçusu Ramil Sadıqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Oyunun 82-ci dəqiqəsində “Lokomotiv” klubunun 4 №-li futbolçusu Tural Adıgözəlov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

20 oktyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun VI turunun “Kəpəz” – “Araz Naxçıvan” matçında “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

20 oktyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun VI turunun “Bakılı” – “Qaradağ Lökbatan” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 85-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 30 №-li futbolçusu Taleh Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman ehtiyat hakimin əyləşdiyi yerin şuşəsini və soyunub-geyinmə otağının qapısını sındırdığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).

Dəymiş ziyana əsasən “Qaradağ Lökbatan” klubu stadionun rəhbərliyinin təqdim edəcəyi hesaba uyğun olaraq ödəmə etsin.

16 oktyabr 2013-cü il U-19 Liqasının “Xəzər Lənkəran” – “Neftçi” matçının 64-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 13 №-li futbolçusu Cəlal Hüseynzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 88-ci dəqiqəsində “Neftçi” klubunun 27 №-li futbolçusu Etibar Süleymanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 89-cu dəqiqəsində “Neftçi” klubunun 9 №-li futbolçusu Ömər Mahmudzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

16 oktyabr 2013-cü il U-19 Liqasının “İnter” – “Simurq” matçının 64-cü dəqiqəsində “Simurq” klubunun 7 №-li futbolçusu Mahmud Mustafayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 75-ci dəqiqəsində “Simurq” klubunun 5 №-li futbolçusu Sərxan Müslümov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

14 oktyabr 2013-cü il U-17 Liqasının AZAL – “Sumqayıt” matçının 80+2-ci dəqiqəsində AZAL klubunun 18 №-li futbolçusu Kamil Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

17 oktyabr 2013-cü il U-16 Liqasının “Neftçi”İSM – “Şahdağ” matçının 64-cü dəqiqəsində “Şahdağ” klubunun 4 №-li futbolçusu Elvin Rüstəmov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

17 oktyabr 2013-cü il U-16 Liqasının İOEUGİM – “Xəzər Lənkəran” matçının 66-cı dəqiqəsində İOEUGİM klubunun 8 №-li futbolçusu Şafiq Əsgərzadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

17 oktyabr 2013-cü il U-16 Liqasının “Sumqayıt” – “Neftçi” matçının 63-cü dəqiqəsində “Sumayıt” klubunun 9 №-li futbolçusu Orxan Quliyevlə “Neftçi” klubunun 99 №-li futbolçusu Ərzuman Rizvanov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

Oyunun 66-cı dəqiqəsində “Neftçi” klubunun baş məşqçisi Araz Qulamov  hakimləri təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır (maddə 42.4).

17 oktyabr 2013-cü il U-16 Liqasının “Əlincə” – “Simurq” matçının 60-cı dəqiqəsində “Simurq” klubunun 2 №-li futbolçusu İntiqam Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

17 oktyabr 2013-cü il U-16 Liqasının “Bakı” – “Qarabağ” matçında “Qarabağ” klubunun baş məşqçisi Ayxan Abbasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 62).

15 oktyabr 2013-cü il U-15 Liqasının “Lokomotiv” – “Quba”OK matçının 26-cı dəqiqəsində “Lokomotiv” klubunun 7 №-li futbolçusu Tunar Mütəllimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

19 oktyabr 2013-cü il U-14 Liqasının “MKT Araz” – “Sabirabad” matçının 27-ci dəqiqəsində “MKT Araz” klubunun 6 №-li futbolçusu Cəfər Alışovla “Sabirabad” klubunun 5 №-li futbolçusu Rafael İsmayılov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyunluq cəzalanır (maddə 38.3).

19 oktyabr 2013-cü il U-14 Liqasının UGİM (Ağdam)– UGİM (Yevlax) matçının 55-ci dəqiqəsində UGİM (Yevlax) klubunun 17 №-li futbolçusu Məhəmməd Yusifov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 42.3).

20 oktyabr 2013-cü il U-14 Liqasının “Simurq” – UGİM (Balakən) matçının 30-cu dəqiqəsində “Simurq” klubunun 12 №-li futbolçusu Ramin Əhmədov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 42.1).

Oyunun 34-cü dəqiqəsində UGİM (Balakən) klubunun 8 №-li futbolçusu Murad İbrahimov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

20 oktyabr 2013-cü il U-14 Liqasının “Çıraq Qala” – “Davidoba” matçında “Davidova” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

20 oktyabr 2013-cü il U-14 Liqasının ŞKGB – “Şahdağ” matçında ŞKGB klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

20 oktyabr 2013-cü il U-14 Liqasının “Corat” – “Sumqayıt” matçında “Corat” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

20 oktyabr 2013-cü il Coca-Cola U-13 Liqasının UGİM (Saatlı) – UGİM (İmişli) matçında UGİM (İmişli) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

19 oktyabr 2013-cü il Atena U-12 Liqasının “Kəlbəcər” – “Kəpəz” matçının 20-ci dəqiqəsində “Kəlbəcər” klubunun 2 №-li futbolçusu Pərviz Salehli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

20 oktyabr 2013-cü il U-11 Liqasının Uğur (Ucar) – Məhsul (Zərdab) matçında Məhsul (Zərdab) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

18 oktyabr 2013-cü il futzal üzrə Azərbaycan çempionatının “Neftçi” – “Fənərbaxça” matçının 39-cu dəqiqəsində “Fənərbaxça” klubunun məşqçisi Elşad Quliyev aqressiv hərəkətə görə (hakimi vurmağa cəhd) meydandan kənarlaşdırıldığı üçün 10 oyunluq cəzalanır (maddə 38.8).

Oyundan sonra “Neftçi” klubunun direktoru Ruslan Hüseynov hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalanır (maddə 42.4).

20 oktyabr 2013-cü il futzal üzrə Azərbaycan II dəstəsinin “Təbriz ” – “Baku Fire” matçının 39-cu dəqiqəsində “Təbriz” klubunun 10 №-li futbolçusu Ramin Əlihüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

20 oktyabr 2013-cü il futzal üzrə Azərbaycan II dəstəsinin “Əlincə” – NTD matçının 24-cü dəqiqəsində “Əlincə” klubunun 12 №-li futbolçusu Elvin Şükürovla NTD klubunun 6 №-li futbolçusu Bəhram Abdinov bir-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanır  (maddə 42.1).

Oyunun 25-ci dəqiqəsində “Əlincə” klubunun 12 №-li futbolçusu Sultan Sadiqov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

19 oktyabr 2013-cü il Həvəskarlar arasında Futzal üzrə Azərbaycan birinciliyinin “Metropoliten” – “Kubinka” matçı başa çatdıqdan sonra “Kubinka” klubunun məşqçisi Taleh Yusifov hakimlərə hədə-qorxu gəldiyinə görə 10 oyunluq cəzalanır (maddə 44). 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail