"Birinci oyundaca çempiona qarşı oynamaq heç yaxşı olmadı"

21.10.2013 | 4533 dəfə oxunub

Premyer Liqanın X turu çərçivəsində keçirilən "Neftçi” - "Rəvan” qarşılaşmasının diqqətçəkən məqamlarından biri də Şahin Diniyevin yeni klubunda debütu ilə yadda qaldı. Stadium.az xəbər verir ki, "Rəvan"ı ilk rəsmi oyuna çıxarmaqla Diniyev həm də 8 ilə yaxın fasiləyə son qoydu. Söhbət təcrübəli mütəxəssisin ölkə çempionatına qayıdışından gedir. Belə ki, 47 yaşlı mütəxəssis sonuncu dəfə Azərbaycan çempionatında 2005-ci il dekabrın 18-də iş başında olmuşdu. O vaxt "Kəpəz” ilə səfərdə MOİK-i 3:0 hesabı ilə məğlub etdikdən sonra Şahin Diniyev Azərbaycan milli komandasının "sükanı” arxasına keçmişdi. 8 ilə yaxın müddət keçəndən sonra Diniyev yenidən çempionatımızın ab-havasını hiss etdi. Dönüşü haqda baş məşqçinin özü klubun saytına danışıb: "Həyəcanlı deyildim desəm, yalan olar. Əlbəttə, həyəcan var idi. Amma bu 8 ildə xeyli təcrübə toplamışam, futbola baxışım dəyişib. Birinci oyundaca çempiona qarşı oynamaq heç yaxşı olmadı. Yetirmələrim 1 həftəlik hazırlıqdan sonra "Neftçi” ilə bir hissə başa-baş mübarizə apara bildi. Fiziki-funksional hazırlıq tam qaydasında olmadığından ikinci yarıda çətinlik çəkdik. Amma biz tədricən "artıracağıq”.

Diniyev ötən bu 8 il ərzində çempionatımızın səviyyəsinin qat-qat yüksəldiyini də söylədi: "İndi komandalar daha səviyyəlidir. Özü də mübarizə təkcə 2-3 kollektiv arasında getmir. Hazırda Premyer Liqada istənilən komanda başqa birisini rahatca büdrədə bilər. Artıq ümumilikdə çempionatın səviyyəsi güclənib. Hətta deyərdim, fərq qat-qat səviyyəsindədir. Bir sözlə, 2005-ci illə müqayisədə böyük fərqlər var”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail