"Millimizin qarşısına Avro 2016-ya vəsiqə qazanmaq vəzifəsi qoyulmalıdı"
![](foto/xeberler/milli simali.jpg)
İdman Araşdırmalar Mərkəzi Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki çıxışı barədə rəy hazırlayıb. Stadium.az xəbər verir ki, rəydə millimizin seçmə mərhələsindəki çıxışından başqa, baş məşqçi Berti Foqtsun komandada qalıb-qalmayacağı ilə bağlı məsələlərə toxunulub.
2014-cü
il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan milli komandasının
topladığı xallar baxımından əvvəlki seçmə mərhələlərə nəzərən müsbət dinamika
oldu. Baş məşqçi Berti Foqtsun rəhbərliyi ilə Azərbaycan milli komandası
üst-üstə 3 seçmə mərhələdə xal sayını 5-dən 7-yə, 7-dən 9-a olmaqla ədədi
silsilə ilə artırdı. Nəticədə 10 oyundan 9 xal toplayan millimiz rekord göstəriciyə
imza atdı. Digər müsbət məqam əvvəlki seçmə seçmə mərhələlərdən fərqli olaraq,
səfərdə nisbətən güclü rəqiblərlə oyunlarda xalların qazanılması ilə bağlıdır.
9 xaldan
3-ü İsrail, Şimali İrlandiya və Lüksemburqla səfər qarşılaşmalarında əldə
olundu. Cəmi 3 oyunda yenilməsi, o cümlədən yalnız 1 dəfə böyük hesabla
uduzması, Rusiya ilə son oyunda azlıqda qaldığı halda qol vurmağı bacarması
kimi amilləri də yığmamızın aktivinə yazmaq olar.
Bunlarla
yanaşı, ötən tsikldə 2 qələbə qazanmış millimizin bu dəfə 1 qələbə ilə kifayətlənməsi
heç də yaxşı hal deyil. Yığmamızın Portuqaliya və Rusiya kimi güclü rəqiblərlə
oyunlarda ultra-müdafiə futbolu sərgiləyərək, sırf az qol buraxmaq və ya bəxtə
arxayın olub heç buraxmamaq üçün oynaması da təqdir edilə bilməz. Ən əsası,
komandamız İsrail, Şimali İrlandiya və Lüksemburq millilərinin qeyri-sabit
çıxışlarından daha yaxşı yararlanaraq, 3-cü yeri tutmağa çalışmalı, heç olmasa,
özündən əvvəlki İsraillə xal fərqinin 5-ə çatmasına imkan verməməli idi.
İstənilən
halda, toplanılan 9 xal, qrupda 4-cü yer və seçmə mərhələnin yekunundan sonra
açıqlanan FİFA reytinqində 88-ci pillə 2016-cı il Avropa çempionatının seçmə qrup
mərhələsinin püşkatması zamanı Azərbaycanın daha yüksək reytinqli komandalarla
eyni səbətdə yer almasına imkan verəcək. Bu isə növbəti seçmə seçmə mərhələdə
nisbətən zəif reytinqli komandalarla eyni qrupa düşərək, daha çox xal toplamağa
şərait yarada bilər. Hazırkı heyətdəki futbolçuların yaş dövrü və növbəti qitə
çempionatının final mərhələsində 16 deyil, 24 komandanın mübarizə aparacağı
faktı millimizin seçmə qrupda ilk “3-lüy”ə düşərək, Fransaya vəsiqə şanslarını
artırır.
İdman
Araşdırmalar Mərkəzi hesab edir ki, Azərbaycan millisinin növbəti seçmə mərhələdə
hədəfi dəyişilməli, komandamızın qarşısına təkcə daha çox xal toplamaq yox,
Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoyulmalıdır.
Yalnız bu vəzifənin öhdəsindən gəlməyə özünü hazır sayacağı halda, Berti
Foqtsla müqavilə uzadıla bilər.
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
![](images/oxu_ikona.gif)
24.09.2019
05.08.2019
24.12.2014
![](foto/xeberler/Ángel-Lafita-Getafe-CF.jpg)
![](foto/xeberler/Ángel-Lafita-Getafe-CF.jpg)
![](foto/xeberler/Ángel-Lafita-Getafe-CF.jpg)
12.01.2013
![](images/fotoyoxdur.gif)
![](foto/xeberler/tayson.jpg)
![](images/fotoyoxdur.gif)
![](foto/xeberler/susesi.jpg)
![](images/fotoyoxdur.gif)
11.01.2013
![](foto/xeberler/lakfat.jpg)
![](foto/xeberler/valentin qranatkin.jpg)
![](foto/xeberler/mardan.jpg)
![](foto/xeberler/qarabag qacir.jpg)
![](foto/xeberler/affa loqo.jpg)
![](foto/xeberler/Las-botas-de-Leo-Messi-con-sus_54361766102_54115221155_600_244 (1).jpg)
![](images/fotoyoxdur.gif)
![](foto/xeberler/olum.jpg)
![](images/fotoyoxdur.gif)
![](foto/xeberler/gRkM1.jpg)
![](images/fotoyoxdur.gif)
![](foto/xeberler/fuad musayev.jpg)
![](images/fotoyoxdur.gif)
10.01.2013
![](images/fotoyoxdur.gif)
![](foto/xeberler/aff (1).jpg)
![](images/fotoyoxdur.gif)
![](images/fotoyoxdur.gif)
![](images/fotoyoxdur.gif)
![](images/fotoyoxdur.gif)
![](foto/xeberler/24.jpg)
![](foto/xeberler/qarabaq otel.jpg)
09.01.2013
![](images/fotoyoxdur.gif)
![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |
![](images/spacer.gif)
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |