Foqts "Neftçi"yə baş məşqçi gəlir? KLUBDAN MƏSƏLƏYƏ RƏSMİ MÜNASİBƏT GƏLDİ

16.10.2013 | 5637 dəfə oxunub

Dünən baş tutan Azərbaycan – Rusiya oyunundan əvvəl “Neftçi”nin prezidenti Sadıq Sadıqovun millinin baş məşqçisi Berti Foqtsla çox səmimi şəkildə görüşməsi bəzi söz-söhbətlərə səbəb oldu. İndi xəbər gəzir ki, Foqts “Neftçi”yə baş məşqçi gəlir. Buna aydınlıq gətirmək üçün “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovla danışdıq. Stadium.Az-a açıqlamasında Süleymanov məsələyə belə aydınlıq gətirdi: “ Belə bir şey yoxdur. Sadıq müəllim həmişə milli komandaya, həm əsas, həm də aşağı yaş qruplu komandalara dəstək verib. Bu dəfə də elə olub, yəqin ki. Milli komandamıza yollanan futbolçularımıza da həmişə  tapışırıb ki, meydanda can qoysunlar. Klubdakından daha çox mübarizə aparsınlar. Killinin son iki oyunda qazandığı  4 xal təqdirəlayiqdir. Elə buna görə də Sadıq müəllimin Foqtsla və futbolçularla görüşməsində, onları təbrik etməsində qeyri-adi heç nə yoxdur. Yenə deyirəm, Sadıq müəllimin Foqtsla görüşməsi prezidentimizin milliyə münasibətindən irəli gəlir. Bu, dəstəkdən başqa bir şey ola bilməz”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail