Kapello: "Azlıqda qalmağımızı istəmirdim"

16.10.2013 | 4977 dəfə oxunub

"Seçmə mərhələdəki çıxışımızdan razıyam. Qrupda çox ciddi rəqiblərimiz olsa da, yaxşı oyunlar sərgiləyib, Portuqaliya kimi rəqibi geridə qoyduq". Stadium.az xəbər verir ki, bu sözləri millimizlə oyundan sonra Rusiya yığmasının baş məşqçisi Fabio Kapello deyib. İtaliyalı mütəxəssis komandasında arxayınçılıq olmadığını bildirib: "Bugünkü oyunda yaxşı oynadıq. Təəssüf ki, yalnız 1 qol vəziyyətindən yararlandıq. Azərbaycan isə bircə qol vəziyyətindən faydalandı. Komandamda heç bir arxayınçılıq yox idi. Bilirdik ki oyun çətin keçəcək. Çünki rəqibimiz ciddi idi. Amma Azərbaycan oyun ərzində heç bir təhlükə yarada bilmədi. Bizim üçün əsas məsələ paltardəyişmə otağında şampan partlatmaq yox, DÇ-yə vəsiqə qazanmaqdı".

Kapello Səmədovu əvəzləməsinə də aydınlıq gətirib: "Artıq üçüncü dəfədir ki, 90-cı dəqiqədə qol buraxırıq. Gələcəkdə bunun üzərində işləyəcəyik. Səmədov sarı vərəqə aldığına görə əvəzləndi. Komandamın azlıqda qalmasını istəmirdim. Ola bilər siz meydanda başqa oyun görmüsüz, biz başqa. Nəyə görə "Barselona" mərkəzdə top saxlayanda xoşunuza gəlir, biz saxlayanda yox? Mənə bu tsikldə yalnız Şimali İrlandiyaya uduzduğumuz oyun acı gələcək".    



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail