"Simurq" "Xəzər Lənkəran"la oyunun hazırlıqlarını davam etdirir

15.10.2013 | 4647 dəfə oxunub

Premyer Liqanın 2013/14 mövsümünün II dövrəsinin ilk matçında “Simurq” "Xəzər Lənkəran"ı qonaq edəcək. Stadium.az xəbər verir ki, matça gündə iki dəfə olmaqla hazırlıqları davam etdirən Georgi Çixradzenin yetirmələri "Şəfa” stadionunda növbəti məşqinə çıxıb. Lənkəran təmsilçisinin qarşısına ciddi itkilərlə çıxacaq "sarı-qaralar", buna baxmayaraq, bu görüşdə də məğlubiyyətsizlik seriyasını davam etdirmək niyyətindədir. Hazırda turnir cədvəlinin altıncı pilləsində qərarlaşan Zaqatala təmsilçisinin bu mövsüm "Xəzər Lənkəran"la səfərdəki görüşü qolsuz heç-heçə ilə başa çatmışdı.

Qeyd edək ki, "Simurq"-"Xəzər Lənkəran" qarşılaşması "Bayıl Arena"da keçiriləcək. Oyun oktyabrın 19-da, saat 17:00-da start götürəcək. Bu görüşdə kapitan Ruslan Poladov sarı vərəqə limitini keçdiyindən, İlin Qırtımov və Draqan Çeran isə qırmızı vərəqə cəzalısı olduğundan forma geyinə bilməyəcək. Rövşən Əmiraslanovun isə zədəsinin tam sağalmadığından komandasına kömək edə bilməyəcək.    



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail