DİN Azərbaycan - Rusiya oyunu ilə bağlı azarkeşlərə müraciət etdi

15.10.2013 | 5008 dəfə oxunub

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) bu gün Bakıda Azərbaycan və Rusiya milliləri arasında keçiriləcək futbol matçı ilə bağlı azarkeşlərə müraciət edib.

DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bu gün “Bayıl Arena”da keçiriləcək Azərbaycan-Rusiya futbol matçında azarkeşlərə qayda-qanunlara ciddi riayət etməyi, qanunların aliliyinə hörmətlə yanaşmağı, kənardan ola biləcək hər hansı təxribat xarakterli çağırışlara və hərəkətlərə  uymamağı tövsiyə edib.
 
E.Zahidov həmçinin bildirib ki, bu gün keçiriləcək futbol oyununda Azərbaycan və Rusiya yığmalarının üzvlərinin və hər iki komandaların azarkeşlərinin təhlükəsizliyi yüksək səviyyədə qorunacaq, ictimai asayişin pozulmasına yönələn hər hansı insidentin qarşısı qətiyyətlə alınacaq.
 
Qeyd edək ki, ötən bazar günü Moskva şəhər sakini Yeqor Şerbakovun qətlə yetirilməsi Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda kütləvi iğtişaşlara səbəb olub. Yeqor Şerbakovun ölümündə Azərbaycan vətəndaşı Orxan Zeynalov şübhəli bilinir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail