Yuran: “Azərbaycanlılar yeri “gəmirəcəklər” Müsahibə
“Simurq”un keçmişbaş məşqçisi Sergey Yuran Rusiya mətbuatına müsahibə verib. Stadium.az xəbər verir ki, Yuran müsahibəsindəsabah DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Rusiya matçı haqda danışıb. Həmin müsahibəni təqdim edirik:
- Rusiyalı futbolçular Bakıya qələbə üçün getdiklərini deyir. Sizcə
komandanı qane edən heç-heçə futbolçuların fikrində ola bilər?
- Həqiqətən də düşüncələrdə belə fikir olacaq. Bununla heç nə etmək
olmaz.
- Bəs bu amil bizimlə pis zarafat edə bilər?
- Düşünmürəm ki, oyuna köklənə bilməyək. Hamı dərk edir ki, son
oyunumuzdur və DÇ-2014-ə 1 addım qalıb. Sadəcə futbolçularımız ağır, sərt oyuna
hazır olmalıdır. Azərbaycanlılar yeri “gəmirəcəklər”. Bir az dözmək lazımdır.
Braziliyaya səfərədək cəmi 90 dəqiqəmiz qalıb. Uduzacağımızı düşünmürəm.
– Bakıdakı heç-heçə azarkeşləri qane edəcək?
– Bilirsiz, mən oyuna məşqçi kimi baxacam. Hər məşqçi üçün də vacib olan
qarşıya qoyulan məqsədə çatmaqdır. Heç-heçə bizə 1-ci olmaq və Braziliyaya
yollanmaq imkanı verəcək. Yekun nəticə hər şeydən öndədir.
– Belə çıxır ki, Azərbaycanda 1 xal qazanmağımıza üzülməyəcəksiz?
– Əlbəttə. Belə vəziyyətdə heç-heçə “iy vermir”. Qrupda 1-ci olub
Portuqaliyadan öndə qərarlaşmaqla, Braziliyaya gediriksə niyə üzülməliyik? Heç-heçə
olacağı halda güclü olmayan rəqibi uda bilmədiyi üçün millini tənqid edənləri
başa düşməyəcəyəm. Bunlar nəyə lazımdır? Mənim üçün indi vacib olan nəticədir,
gözəl oyun yox.
– Şimali İrlandiya ilə qələbə üçün verilən mükafat meydan sahibləri üçün ciddi
stimul olacaq?
– Azərbaycanlıların motivasiyası çox yüksək olacaq. “Böyük qardaş”ı udmaq həmişə
fəxrdir. Rusiya sabiq sovet respublikaları üçün böyük qıcıq mənbəyidir. Yüksək
mükafatı da unutmayaq. Bu da tutarlı amildir.
– Azərbaycan yığmasının üzvlərindən “Simurq”da rəhbərliyiniz altında
oynayanı var?
– Mərkəz müdafiəçisi Rasim Ramaldanov rəhbərliyim altında oynayıb. Sonra isə
yığmaya da düşdü. Rasim indi də mənə zəng vurub ona güvənib heyətdə yer
verdiyim üçün təşəkkür edir. Yaxşı müdafiəçidir, “ikinci mərtəbədə” effektli
oynayır. Arada mövqe səhvləri buraxır. Lakin istək və əzmkarlıqda ona irad
olmayıb.
– Çoxları hesab edir ki, Azərbaycan yığmasının ən böyük təhlükəsi baş məşqçi
Berti Foqtsdur...
– Alman mütəxəssis bu komandaya praqmatik üslub aşılayır. Qarşıdakı matçdakı rəqibimiz
qapalı futbol oynayacaq. Onlar standart vəziyyətlərə və əks-hücumlara üstünlük
verəcək. Foqts mərkəzi dolduracaq. Biz isə yaxşı ifaçılarımızın olduğu
cinahlarda daha fəal olmalıyıq. Bir sözlə isə bizə qarşı çox yaxşı qurulmuş
komanda oynayacaq.
– Azərbaycan yığmasında kimisə digərlərindən fərqləndirə bilərsiz?
– Deməzdim ki, kimsə fərqlənir. Parlaq fərdləri olmayan bərabər səviyyəli
oyunçulardan qurulmuş komandadır. Foqtsun rəhbərliyi altında 11 oyunçunun
hamısı müdafiədə də çalışır. Hansısa lider görmürəm.
– Azərbaycan Şimali İrlandiya ilə iyuna zəif başladı. Bu amili nəzərə alaraq
Kapello erkən qol planı qura bilər?
– Bilmirəm. Şimali İrlandiya və Rusiya ilə oyunlar arasında paralellər aparmaq
olmaz. Azərbaycanlılar bizim əvvəlki rəqibdən daha səviyyəli olduğumuzu nəzərə
alıb matça fərqli hazırlaşacaq, başqa taktika seçəcək.
– Proqnoz verə bilərsiniz?
– Mənə elə gəlir ki, 1 top fərqi ilə qalib gələcəyik. 1:0 və ya 2:1 olacaq. Azərbaycanda
oynamaq həmişə çətindir. Azarkeşlər tərəfindən meydan sahiblərinin dəstəyi tam
təmin olunacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |